İki cəsəd BU EVDƏN ÇIXDI - Qonşu danışdı: Biri kresloda uzanmış idi, başı qan... - VİDEO

İki cəsəd BU EVDƏN ÇIXDI - Qonşu danışdı: Biri kresloda uzanmış idi, başı qan... - VİDEO
İstanbulun Beykoz adlanan ərazisindəki bir evdən iki meyit tapılıb.

Biri kişi, biri qadın olmaqla cəsədi tapılan şəxslər barəsində "itkin" elanı verildiyi məlum olub. Araşdırma zamanı onların qaz sızmasından öldüyü ehtimal edilir.

Polis əməkdaşlarının apardığı araşdırma zamanı ölü tapılan 47 yaşlı F.Ç haqqında iki aydır, 64 yaşlı V.D. haqqında isə iki gündür "itkin" elanı verildiyi üzə çıxıb.

Evə girərək cəsədlərlə qarşılaşan qonşu "Telefonlarına oğlum zəng etdi, cavab vermədilər. Qışqırtı səsi gəlsə də, sonra səsimizə səs vermədilər. İçəri girməyə çalışdıq. Qapını açmağa cəhd etdik, evə girəndə gördük ki, biri kresloda uzanmış idi. Başı qan idi. Bir qadın da var idi yanında. Üstü örtülü idi. Evdən qaz iyi gəlirdi. İkisi də ölmüşdü artıq" deyib.(milli)


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2394 Tarix: 14.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol