İlyas İsmayılov oğlunun qatili ilə üzləşdi

İlyas İsmayılov oğlunun qatili ilə üzləşdiBakırköydə azərbaycanlı iş adamı Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirovla sürücüsü Barış Aslanın məhkəməsi olub.

BiG.AZ "Qafqazinfo"-ya istinadən xəbər verir ki, məhkəmədə Dəmirovla Aslan vəkilləri ilə birlikdə, E.İsmayılovun atası İlyas İsmayılov, jurnalist Sevil Nuriyevanın vəkili də iştirak ediblər.

Dəmirov ifadəsində "Etimad söhbət etdiyimiz yerdə qəfil ayağa qalxdı, əlini cibinə apardı. Mən isə ehtiyat üçün özümlə götürdüyüm silahla ona atəş açdım. Əlindəkinin telefon olduğunu sonradan gördüm. Başqa yolum yox idi. Atası burdadır. Azərbaycanın ən hörmətli insanlarından biridir. Ondan üzr istəyirəm. O da Etimadın necə insan olduğunu bilir. Peşmanam, kaş belə hadisə olmayaydı" deyib.

İlyas İsmayılov isə Gözəl Dəmirovdan şikayətçi olduğunu bildirib:

"Türkiyənin ədalətinə güvənirəm. Oğlum onun dediyi kimi biri deyildi. Sözünün üstündə duran, mərd, dürüst biri idi. Öz pulu ilə Somalidəki uşaqlar üçün su quyusu qazdırmışdı. Müqavilələr imzalayarkən uşaq evlərinə pul yardımı şərtini irəli sürürdü. Gözəl mənə desəydi, oğluma xəbərdarlıq edərdim. O, mənim bir sözümü iki etməzdi".

S.Nuriyevanın vəkili də müttəhimdən şikayətçi olduqlarını bildirib.

Məhkəmə Gözəl Dəmirovun həbsinin davamına, Barış Aslanın isə ölkə xaricinə çıxmaq qadağası və hər gün ən yaxın polis idarəsində imza verməsi şərti ilə sərbəst buraxılmasına qərar verilib.

Qeyd edək ki, Bakırköy Cümhuriyyət Baş Prokurorluğunun hazırladığı iddianamədə Gözəl Dəmirovun "qəsdən adam öldürmə", "qanunsuz silah daşıma və istifadə etmə" maddələri ilə ömürlük həbsi tələb edilir.

Barış Aslan haqqında isə "qəsdən adam öldürməyə yardım etmə", "qanunsuz silah daşıma və ya istifadə etmə" maddələri üzrə 16 ildən 23 ilədək həbs ittihamı irəli sürülüb.

Xatırladaq ki, Etimad İsmayılov 2018-ci il sentyabrın 19-da Bakırköydəki ofisində silahla öldürülüb. Onun qatili - DİN-in keçmiş idarə rəisi Gözəl Dəmirov hadisəni 4 milyonluq sənəd borcu üstündə törədib. O, daha əvvəlki ifadəsində Etimadın onu pulu ödəməyəcəyi təqdirdə nəvəsini öldürməklə hədələdiyini və qətli bu səbəbdən törətdiyini bildirmişdi.

E.İsmayılov jurnalist Sevil Nuriyevanın həyat yoldaşı, Ədalət Partiyasının sədri və Azərbaycanın ilk Ədliyyə naziri İlyas İsmayılovun oğludur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1301   Tarix: 14 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 634
.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

18.04.2024 344
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

13:28 394
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18.04.2024 846
.

17 yaşlı gimnast meningitdən vəfat edib

İspaniyalı batut gimnastı Maria Herrance Qomez 17 yaşında meningit xəstəliyindən dünyasını dəyişib. xəbər verir ki, bu barədə idmançının məşq etdiyi "Kabanillas del Kampo" şurasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, şəhərdə matəm elan edilib, bütün sosial və mədəni tədbirlər ləğ

18.04.2024 652
.

"Azərbaycanın div insanı"nın güc nümayişi - VİDEO

Azərbaycanlı pəhləvan Elmin Mehdiyev "AStar" layihəsinə qonaq olub. xəbər verir ki, 145 kiloqram çəkisi olan Elmin "Azərbaycanın div insanı" kimi təqdim edilib. O ağır tonnajlı yük maşınlarını çəkmə qabiliyyətinə malikdir. Bundan başqa bir neçə armaturu birlikdə əyir və üst-üstə qoyula

18.04.2024 477
.

Robot tozsoran partladı - VİDEO

Türkiyənin Kocaeli şəhərində robot tozsoran partlayıb. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Evə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb

18.04.2024 539
.

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI

"Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir". Bununla bağlı -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Qeyd olunub ki, qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnoz

18.04.2024 1550
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18.04.2024 411