Mənzillərdə gecə vaxtı səs-küy salan şəxsləri hansı cəza gözləyir?

Mənzillərdə gecə vaxtı səs-küy salan şəxsləri hansı cəza gözləyir?

Vətəndaşların bəzi hallarda gecə vaxtı məşiət səs-küyünə görə istirahət hüququ pozulur. Və bu, haqlı narazılığa səbəb olur. Bəs bu kimi halların qarşısını almaq üçün qanunvericilikdə nə nəzərdə tutulur?

BiG.AZ-ın E-huquq.az-a istinadən verdiyi məlumta görə, bu məsələ İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Belə ki, məcəlləyə görə, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə, yəni, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 07-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gür səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fikizi şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2 min manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 556 Tarix: 13.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol