Yüzlərlə ölü quş bir anda göydən avtomobil yoluna ÇIRPILDI - VİDEO

Yüzlərlə ölü quş bir anda göydən avtomobil yoluna ÇIRPILDI - VİDEO

Britaniyada (Uelsdə) qəribə hadisə baş verib.

BİG.AZ-ın esoreiter.ru-ya istinadən verdiyi xəbərə görə, yüzlərlə quş qəfildən yerə çırpılmağa başlayıb.

Şahidlərin sözlərinə əsasən, hadisədən bir saat öncə nədənsə narahat olan quş dəstəsi tarlaların üzərində uçuşub.

Maraqlıdır ki, quşlar yalnız yol çəkilən yerə düşüb, yaxınlıqdakı tarlalarda isə heç bir quş tapılmayıb.

Bəzi tədqiqatçılar quşların diri-diri, lakin huşsuz halda yerə düşdüyünü ehtimal edir. Çox güman ki, onlar asfalta çırpıldıqdan sonra ölüblər. Tarlalardakı yumşaq otun üzərinə düşən quşlar isə heç bir xəsarət almayıb və ayıldıqdan sonra sadəcə uçub gediblər.

Hazırda ornitoloqlar (quş üzrə mütəxəssisləri) hadisəylə bağlı araşdırma aparırlar.

Natəvan Baxşiyeva





BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1019 Tarix: 12.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol