"Nuranə deyirdi ki, namaz qılıram, sakit durun, yoxsa sizi dağlayacam"

"Nuranə deyirdi ki, namaz qılıram, sakit durun, yoxsa sizi dağlayacam"

Bir neçə gündür ögey ananın iki azyaşlıya işgəncə verməsi ictimaiyyətin qəzəbinə səbəb olub.

BiG.AZ apa-ya istinadən xəbər verir ki, anaları körpəykən vəfat edən Qulu və Hüseyn Kazımov qardaşları analığın və atanın onlarla qəddar davranıçlarından danışıblar.

Ögey anasının döydüyü, işgəncələrə məruz qalan 6 yaşlı Qulu əsasən qardaşı Hüseynin daha çox işgəncələrə məruz qalmasını və Nuranənin hansı səbəblə onları döyməsini bu sözlərlə ifadə edib:

"Nuranə bıçağı qızdırıb, qardaşım Hüseynin ayağına dağ basmışdı. Deyirdi, mən namaz qılanda səs eləməyin. Hüseynin əlini deşib duzlu suya basır, əlinə duz tökürdü. Yemək yeyəndə ağzımıza istiot tökürdü. Bütün bunlardan atamızın da xəbəri vardı. Deyirdi ki, yaxşı edir sizi döyür.

Hüseyni ördəkləri saxladığı hində taxtadan ayağından başı aşağı asırdı. Mən açıb evə gətirib stolun altında gizlədirdim. Bizə yemək də vermirdilər, ac qalırdıq. Yemək istəyəndə ağzımıza istiot tökürdülər. Verdikləri çiy kartof idi. Yeyib qaytarırdıq. Özləri yemək yeyəndə isə bizi üzü divara ayaqüstə saxlayırdılar ki, rahat yesinlər”.

Qeyd edək ki, Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları xüsusatlarının istintaq yolu ilə araşdırılması məqsədi ilə Cinayət Məcəlləsinin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.3 (əzab vermə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) və 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Ata həbs edilib, analıq isə polis nəzarətinə götürülüb.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1676 Tarix: 12.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər