Çılpaq şəkilləri yayılan aktyor məhkəmədən sonra ilk AÇIQLAMASINI VERDİ - FOTO-VİDEO

Çılpaq şəkilləri yayılan aktyor məhkəmədən sonra ilk AÇIQLAMASINI VERDİ - FOTO-VİDEO

Məşhur türk aktyoru Berk Oktay boşanmaqda olduğu həyat yoldaşı Mərvə Oktayı onun çılpaq şəkillərini yaydığına görə məhkəməyə verib.

BiG.AZ-ın haberler.com-a istinadən verdiyi xəbərə görə, ilk məhkəmə iclasından dərhal sonra verdiyi açıqlamada aktyor bu məsələnin onun namusuyla bağlı olduğunu vurğulayıb:

"Bu, mənim namus davamdır. Ədalətə sonadək güvənirəm. Hər şeydən öncə ilahi ədalətə güvənirəm"

Çılpaq şəkilləri yayılan aktyor məhkəmədən sonra ilk AÇIQLAMASINI VERDİ - FOTO-VİDEO

Məhkəmə iclasında çıxış edən müttəhim Mərvə Oktay yayılan şəkillərdə onun da şəxsi görüntüləri olduğunu dilə gətirərək özünü müdafiə edib:

Çılpaq şəkilləri yayılan aktyor məhkəmədən sonra ilk AÇIQLAMASINI VERDİ - FOTO-VİDEO

"Mənim bu məsələdə zərərçəkmiş şəxs qismində iştirak etməli olduğum halda, müttəhim qismində olmağım vicdanıma sığmır. Şəkilləri yayan "İnstagram" hesablarına giriş edilən gün və saatlarda mənim telefonumdan internetə ümumiyyətlə giriş olmayıb. Həmin "İstagram" hesablarına Kocaəli, Trabzon, Yozqat, Yerköy, Gəbzə kimi fərqli məkanlardan girişin olması burada azı 5 nəfərlik qrupun işlədiyini göstərir. Nişanlı və evli olduğum dövrdə heç vaxt şöhrət daliyca qaçmamışam, şou-biznesdən uzaq olan bir insan kimi özümü və ailəmi təhqir edəcək bir iş görməyim mümkün deyil".

Berk Oktay isə bu sözlərə etirazını bildirib:

"2017-ci ilin yay aylarında Mərvə xanımla boşanmaq istədiyimi bildirdim. Bundan sonra aramızda düşmənçilik yarandı. Öz şəkillərini də yaymaqla mənim 19 illik əməyimin heç olacağını gözə alaraq belə paylaşımlar edib. Bu məsələdə onun əlinin olduğuna əminəm".

Çılpaq şəkilləri yayılan aktyor məhkəmədən sonra ilk AÇIQLAMASINI VERDİ - FOTO-VİDEO
Çılpaq şəkilləri yayılan aktyor məhkəmədən sonra ilk AÇIQLAMASINI VERDİ - FOTO-VİDEO



Natəvan Baxşiyeva


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2726 Tarix: 12.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol