Məşhur ərəb şahzadəsi narkotikdən öldü - FOTO

Məşhur ərəb şahzadəsi narkotikdən öldü - FOTO

Londonda dəbdəbəli mənzildə ölü vəziyyətdə tapılan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şahzadəsi əl-Qasiminin yüksək dozada narkotik qəbul etməsi təsdiqlənib.

BAKU.WS xəbər verir ki, ərəb şahzadəsi ötən ilin iyulunda yaşadığı malikanədə qonaqlıq verərkən həyatını itirib.

İngiltərənin Vestminster Məhkəməsi mövzu ilə əlaqədar aparılan araşdırmanın nəticəsinini ictimaiyyətə açıqlayıb. Məlum olub ki, BƏƏ-nin rəhbərlərindən biri olan Şeyx Sultan bin Məhəmməd əl-Qasiminin oğlu Şeyx Xalid bin Sultan əl-Qasimi Knightsbridge məhəlləsindəki malikanəsində yüksək dozada narkotik maddə istifadə edib.

Əl-Qasimi cinsi əlaqənin müddətini uzatmaq üçün külli miqdarda metamfetamin qəbul edib. Şahzadənin qanında xeyli miqdarda kokain və cinsi gücü artıran kimyəvi maddələr aşkarlanıb.

Şahzadənin ölümünün dəqiq səbəbi məlum olduqdan sonra ailəsi mətbuata açıqlama verməkdən imtina edib.

Şeyx Xalid bin Sultan əl-Qasiminin ölümü ilə əlaqədar BƏƏ-də bütün bayraqlar yarıya endirilmiş və üç günlük matəm elan edilmişdi.

Məşhur ərəb şahzadəsi narkotikdən öldü - FOTO
Məşhur ərəb şahzadəsi narkotikdən öldü - FOTO
Məşhur ərəb şahzadəsi narkotikdən öldü - FOTO
Məşhur ərəb şahzadəsi narkotikdən öldü - FOTO
Məşhur ərəb şahzadəsi narkotikdən öldü - FOTO
Məşhur ərəb şahzadəsi narkotikdən öldü - FOTO


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1753 Tarix: 12.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər