KamAZ-ın təkərləri altında can verən şagirdlərlə bağlı ürək dağlayan faktlar - VİDEO

KamAZ-ın təkərləri altında can verən şagirdlərlə bağlı ürək dağlayan faktlar - VİDEODekabrın 10-da saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindən Sulutəpə qəsəbəsi istiqamətində faciəvi şəkildə vəfat edən iki gənclə bağlı bəzi təfərrüatları əldə etmişik.

"KamAZ 53212" markalı 17-BC-869 dövlət qeydiyyat nişanlı yük maşınının vurduğu Tural Mustafa oğlu Cabbarlı və Dilarə Bəxtiyar qızı Sultanlı orta məktəbin 11-ci sinif şagirdləri olublar.

Onlar barədə bəzi məlumatları əldə etmişik.

Tural Mustafa oğlu Cabbarlı Biləcəri qəsəbəsində yerləşən Seymur Məmmədov adına 301 saylı tam orta məktəbin 11-ci sinifində təhsil alırdı.

Məktəbin direktor müavini Təranə Paşayeva BAKU.WS-ə açıqlamasında bildirib ki, Tural Cabbarlı nümunəvi şəgirdlərdən olub.

"O, həm dərslərini yaxşı oxuyurdu, həm də nizamlı şagirdlərimizdən idi. Davranış qaydalarında da nümunəvi idi. Dərslərini də yaxşı oxuyurdu.

Hadisədən çox kədərlənmişik. İndi də özümə gələ bilmirəm, sanki yuxudayam, inanmağım gəlmir", - deyə Təranə Paşayeva bildirib.

Tural Cabbarlı ailənin ikinci övladı olub. Ondan böyük qardaşı xaricdə təhsil alır.

Qeyd edək ki, Dilarə Bəxtiyar qızı Sultanlı Füzuli rayon 48 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olub. O, bu məktəbə 10-cu sinifdən daxil olub.

Əvvəllər isə Biləcəri qəsəbəsində yerləşən 314 nömrəli tam orta məktəbdə təhsil alıb.

Məktəbin direktoru Nadir Əliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, Dilarə Sultanlı oxuduğu dövrdə çox bacarıqlı şagirdlərdən olub. Həm dərslərində, həm də nizam-intizamda nəticələri əla olub.

Dilarə Sultanlının hazırda təhsil aldığı 48 nömrəli tam orta məktəbdən də onun barəsində xoş sözlər söylədilər. Bildirildi ki, Dilarə Sultanlı çox yaxşı şagird olub. Dərslərində bacarıqlı olub, nizam-intizamlı şagirdlərdən olub.

Qeyd edək ki, Dilarə Sultanlı ailənin yeganə övladı olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6358   Tarix: 12 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bu il keçid balları arta bilər?

Ötən gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Yüksək nəticə göstərənlərin sayı da çoxluq təşkil edib. Qeyd edək ki, son illərd

11:08 0
.

Ukraynada səfərbərlik gücləndirilir

Ukrayna Prezidenti Volodimir Zelenski yüz minlərlə ukraynalının silahlı qüvvələrə çağırılmasına imkan verəcək səfərbərliyin sərtləşdirilməsi haqqında qanunu imzalayıb. Qanunda olan normaların bəziləri dərc edildikdən dərhal sonra, böyük hissəsi isə bir aydan sonra qüvvəyə minəcək. Xatırladaq ki, Ukrayn

20:36 0
.

"Vətəndaş yaşayış yerindən arayış təqdim edirsə, həmin ərazidə ona güzəştli parklanmaya şərait yaradılmalıdır" - Ekspert

Milli Məclisin üzvü Naqif Həmzəyev parklanma ilə bağlı tariflərə yenidən baxılacağına ümid etdiyini bildirib.Deputatın sözlərinə görə, nəzərə almaq lazımdır ki, parklanma yerlərinə yaxın ərazilərdə yaşayan insanlar 24 saat ərzində parklanma xidmətindən istifadə edə bilirlər, lakin sözügedən ərazilər

12:40 316
.

Kosmetoloq bu paylaşıma görə cəzalandırıldı

Barəsində xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş tanınmış kosmetoloq Elnarə Rzayevaya hökm oxunub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə prosesi Bakıda fəaliyyət göstərən "Laser Beauty Clinic"in baş həkimi Rəna Soltanova və həkim-kosmetolo

15:06 380
.

İtaliyanın Tehrandakı konsulluğu müvəqqəti bağlanıb

İtaliyanın Tehrandakı konsulluğu aprelin 14-dən növbəti xəbərdarlığa qədər ictimaiyyət üçün bağlı olacağını açıqlayıb. xəbər verir ki, bu barədə MTV Lebanon məlumat verib. Bildirilib ki, İtaliya vətəndaşları üçün zəruri konsulluq xidmətləri davam etdiriləcək

21:15 0
.

Lənkəranda "Range Rover" yandı

Lənkəranda "Range Rover" markalı avtomobil yanıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Belə ki, "Range Rover" markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafiz

10:37 318
.

Məleykə Abbaszadə: "Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir"

"Buraxılış imtahanında yüksək bal toplayanların sayının çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək tamamilə səhv fikirdir. İmtahanın çətinlik dərəcəsi əvvəlcədən necə elan olunursa, elə o səviyyədə də təqdim edilir. Ötənilki imtahanla builki imtahanın məzmununu müqayisə etdikdə, çətinli

16:28 151
.

Nazpəri Dostəliyeva: "500 manat verib trenddə olurlar"

"Bir axındır gəlir. Bu sənəti, işi bilməyənlər, hamı əlinə mikrofon alıb səhnəyə qaçırlar. Düzdür sənətkarlar efirə çıxanda Azərbaycan musiqisini olduğu kimi təqdim edirlər. Amma günah bizdədir. Çünki gec-gec çıxırıq, ona görə də meydan qalıb uşaqlara. Onlar gənclərimizdir, oxusunlar. Deməsinlə

15.04.2024 460
.

KİV: İsrail İranı vura bilər

İsrailin hərbi cavabı öz imkanlarını nümayiş etdirmək üçün İranın dərinliklərindəki hədəflərə zərbələr endirmək ola bilər. Bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı adı açıqlanmayan ABŞ-li məmura istinadən məlumat yayıb. Məlumata görə, İranın hücumuna İsrailin potensial cavabı gərginliyi artırma

12:02 215