Nailə İslamzadə millət vəkili olmaq istəyir?

Nailə İslamzadə millət vəkili olmaq istəyir?

"Hələ ki, bu haqda düşünməmişəm. Bəlkə də gələcəkdə millət vəkilliyinə namizədliyimi verəcəm".

BiG.AZ bildirir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında tanınmış diktor Nailə İslamzadə deyib.

"Necə bir millət vəkili olarsınız?" sualına Nailə İslamzadə deyib ki, hər kəsin keçmişi onun gələcəyidir: "Bu yaşa qədər əlimizdən gələni etməyə çalışmışıq. Fəaliyyəti insanı xarakterizə edir. Tamaşaçılar və ətrafdakı insanlar hər kəsi gözəl tanıyırlar".

Baxımlı olmasından danışan diktor bildirib ki, hər bir qadın baxımlı olmağa çalışmalıdır: "Həmişə demişəm ki, kosmetologiyanın bütünü imkanlarından hər zaman istifadə etmək lazım deyil".

Qeyd edək ki, Nailə İslamzadə hazırda İTV kanalında "Ötən günlər" adlı verilişinin aparıcısıdır.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1618 Tarix: 11.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər