Yevlaxda xəstəxana YANDI - Xəstələr təxliyə olundu

Yevlaxda xəstəxana YANDI - Xəstələr təxliyə olundu

Yevlaxda xəstəxanada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, şəhər Mərkəzi Xəstəxanasının yerləşdiyi dördmərtəbəli binanın üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb. Yüksək temperaturdan 3-cü mərtəbənin tavanı 5 m² sahədə əriyib.

Yanğın zamanı 8 nəfər xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 491 Tarix: 11.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol