"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyahGənc fəal, jurnalist Ağa Mehdi bu günlərdə mühüm bir missiya üçün səfərə başlayıb.

Avropanın sərt qışı ərzində 10 ölkənin ərazisindən keçərək 4 000 km məsafəni piyada qət etməyi planlaşdıran həmyerlimizin əsas hədəfi dünyada baş verən ekoloji problemlərə diqqəti çəkmək, səfər müddətində keçdiyi ölkələrdə görüşəcəyi insanlara, xüsusən də media nümayəndələrinə ölkəmizi tanıtmaqdır.

O, bütün çətinliklərə baxmayaraq, hər növ təhlükəni gözə alıb səyahət edir və səyahət etdiyi yerləri texnologiyanın yaratdığı imkanlar sayəsində milyonlarla insanlara çatdırır.

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyahGənc fəal, jurnalist Ağa Mehdinin səyyahəti barədə daha ətraflı məlumat üçün BiG.AZ onunla olan müsahibəsini təqdim edir:

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah- İlk olaraq səyahətiniz barədə qısa məlumat vermənizi istərdim.

- 29 noyabr Tallindən səfərimə başladım. Əgər nəsib olarsa, Portuqaliyaya qədər məsafəni qət etmək istəyirəm. Əvvəlcə ancaq piyada getməyi düşünürdüm. Hətta qarlı, şaxtalı günlərdə təxminən 90 km məsafəni belə qət etdim, sonra məlum oldu ki, gecələmək üçün mövcud əksər məkanlar qış olduğuna görə bağlıdır. İşləyənlər ya çox uzaqda, yaxud olduqca baha olur, hətta hər hansı ev tapıldıqda belə, adətən əsas yolumdan 3-4 km kənarda olur. Bütün bunları nəzərə alıb Marjamaada velosiped axtarmağa başladım. Şansım gətirdi. Martin adlı gənc mənə velosiped hədiyyə etdi. Hazırda onunla, çox külək olanda isə piyada gedirəm.
Mən velosipedə görə həmin gəncə çox təşəkkür edirəm. Amma velosiped köhnə, hava şəraiti sərt olduğundan, yükümün ağırlığı getməyimə çox çətinlik yaradır. İlk fürsətdə daha yaxşısını əldə edəcəm.

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah - Necə oldu ki, belə bir səyahət etməyi planlaşdırdınız? Niyə məhz Ekologiya mövzusu?

- Komforta üstünlük vermədən 30-dan çox ölkədə olmuşam. Bu yay Helsinki Universitetində program üzrə 1 ay təhsil də aldım. Bütün bunlardan sonra qlobal bir layihə üçün artıq özümü hazır hiss edirdim. Təbii ki, tək olacağımı da bilirdim. O ki, qaldı ekologiya mövzusuna, mən kitab oxumaqdan çox davamlı düşünür, düşünməklə yanaşı fərqli sahələrlə bağlı sənədli filmlərə baxıram. Ekologiya isə hər zaman diqqətimdə olub. Ətraf mühitin çirkləndirilməsi, ekologiya ətrafında baş verənlər elə ən böyük səbəbdir. Fikrimcə, ətraf mühitin çirkləndirilməsi, qlobal istilər, meşələrin yox olması dünyaya hakim olan ümimi iqtisadi, siyasi proseslərin nəticələrindəndir. Biz - müasir insanlar - daha çox bunu yaradan səbəblərə, problemin arxasında dayanan düşüncəyə diqqət etməliyik. Mən piyada, velosiped ilə olan səfərimlə müstəqil insan olaraq bu mövzu ilə bağlı öz etirazımı, mövqeyimi bildirirəm, ekoloji problemlərə daha çox diqqət yetirmək istəyirəm. Yanaşma və hərəkətlərimdə ancaq özüm məsuliyyət daşıyır, heç kimi və heç nəyi təmsil etmirəm.

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah - Missiyanızın qış aylarına təsadüf etməsi səfəri daha da ağır və məşəqqətli edir. 4000 km ümumi məsafə, qar, yağış, isti, yırtıcı heyvanlar, quldurlar və sair çətinliklərdən keçməyi gözə almaq, məncə, elə də asan bir iş deyil. Bəs sizə görə necədir?

- Nə qədər çətin olduğunu bu cür deyə bilərəm:

Bütün ömrüm boyu, bütün sahələrdə çəkdiyim əziyyət, zəhmətin hamısını əgər toplasam və bu 10 gün ilə müqayisə etsəm ən azı bu 10 gün 100 dəfə daha ağır olar, özümə görə...Qorxduğum anlar da olurdu, xüsusən başlanğıcda. Hazırda özümü daha da güclü hiss edirəm, psixoloji tam hazıram. Mən nadir hallarda insan görürəm yol boyu, daha çox itlər, meşələr, külək, qar, yağış - tənhalıq...Hər gün sanki, niyyətim, hədəfim, yanaşmam təzələnir. Mənim üçün proses nəticədən daha mühimdir.

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah - Sizinlə eyni anda ikinci bir həmyerlimiz, yazar Rövşən Abdullaoğlu da səyahət edir. O, səyahətlərini, gəzib gördüyü məkanları yazıya köçürür. Bəs siz nə etməyi düşünürsünüz?

- Mən Rövşən müəllimin kitablarından bəhrələnməsəydim, çətin ki, belə qərar verə bilərdim. Şifahi danışmağı daha çox xoşlayıram, amma, əgər salamat gəlsəm, nəticənin necə olmağı fərq etməz. "Avropada Tənha" adlı kitab yazacam, nəsib olsa. Mən həqiqətən özümü çox tənha və qərib hiss edirəm. Amma bu məni daha da güclü, həvəsli, hədəfli edir.

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah - Hazırda səfərdə olduğunuz ölkələrdə sizin haqqınızda, bu səyahət barəsində yazmaq istəyənlər varmı?

- Səfərim zamanı insanlar bilir, azərbaycanlıyam. Lakin populist nəsə danışmıram. Qoy etdiyim layihə, insanlara müsbət rəftarım haqqında, ölkəm barədə danışsın. Bu, real, səmimi və təsirlidir. Ailələr qonaq edir, şəkil çəkdirir, soruşurlar. İndiyə kimi, Kanada üzrə fəaliyyət göstərən jurnalistlərdən biri müsahibə də alıb. Mən müsalman, azərbaycanlıyam, ona görə o qədər də diqqət yoxdur. Nə zamansa olacaq, o da əksərən ictimai dəstəyin nəticəsi və nadir qərərzsiz jurnalistlərin səyləri nəticəsində. Bu prosesdə çox şeylər var, diqqətlə baxmaq lazımdır.

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah - Hələ ki, səyahətə təzəcə başlamısınız. Başınıza gələn gözlənilməz və maraqlı hadisələr olubmu?....

- Əlbəttə, belə hallar çox və tez-tez baş verir. Yadımda qalanlardan danışacam. Monuste kəndindən əsas yola qədər 4 km yol gedirdim, qar yağırdı, amma, qarda çoxlu heyvanın ayaq izləri var idi və təzə idi. Baltamı hazırladım, diqqəti cəmlədim, xoşbəxtlikdən heç nə ilə qarşılaşmadım, çətin an idi. Digər bir hadisə isə, Jaan ailəsində olarkən baş vermişdi. 2 gecə onlarda qaldım. Belə ki, sağ ayağım çox ağrayırdı. Adətən sauna qəbul etdikdən dərhal sonra -5 dərəcədə ayaqyalın qarın üzərində gəzirdik. Bu, çox gözəl hislər idi. Və maraqlı odur ki, şiddətli ağrılar 2 gün sonra yox olmuşdu.

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah - Səyahət müddəti üçün əvvəlcədən qurduğunuz plan haqqında danışın (qalmaq, yemək və.s)

- Mən heç bir maliyyə dəstəyi olmadan tək, öz imkanlarım daxilində səfər edirəm. Nəyə gücüm çatırsa, ondan da qidalanıram. Əvvəldən qurduğum planlar internet üzərindən idi, hətta etibarlı saytlardan. Reallıq isə başqa cür imiş. Hostel, otel və s məkanlarda qış olduğuna görə, təlabat olmadığını nəzərə alıb işləmir. Bunu isə siz internet üzərindən əksər hallarda görməyəcəksiz, ancaq zəng edəndə məlumat verilir. Gecələmək üçün yer tapmaq ən çətin mövzulardandır. Hazırda Latviyadayam. Estoniyada bir sıra ailələr məni qonaq etdi, bir övladları kimi mənə diqqət göstərdilər. Onlardan ayrılmaq çox çətin idi, hətta Jaan ailəsində qalarkən nənəsi mənə corab da toxudu. Bu səfərdə qidalanma, yuxu olduqca böyük əhəmiyyət kəsb edir. Doğrusu, eston ailələrdə qonaq olarkən çox yaxşı qidalanırdım. Həqiqətən öz övladları kimi mənə diqqət edirdilər. Adi günlərdə isə imkan daxilində müxtəlif qidalar qəbul edirəm. Adətən balıq məhsulları gündəlik menyumda olur. Bir sıra meyvələr də yeyir, daha çox su içirəm.

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyahOnu da qeyd edim ki, bu səfərdə qarşılaşdığım ən böyük çətinliklər tək-tənha olmaq, çox güclü külək, yağış və qarlı havalarda yol getməkdir. Dumanlı hava şəraiti və havanın tez qaralması səyahətə mane olur. Velosiped üçün yolların olmamazlığı da ayrı bir çətinlikdir. Bu günü özümə istirahət günü təyin etmişəm. Hər gün qar, yağış, küləkdə azı 30-35 km yol gedən birisi üçün dincəlmək - daha çox yatmaq, duş qəbul etmək, hərəkətsizlik ilə müşahidə olunur. Növbəti gün üçün əzələlər, bədən rahatlanmalıdır. Hazırda yenə yağış yağır. 2-3 saat sonra evdən çıxıb bir sıra videolar da hazırlamaq istəyirəm. Adətən evdə olarkən səfər marşrutumu incələyirəm, iqlimə baxıram. İqlim az qala hər şeyi müəyyən edir…

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyahLamiyə Məmmədova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 6393   Tarix: 11 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ayan və qızından yeni - FOTO

Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova

23.04.2020 5360
.

Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdi

İnstaqramda "Giveaway" təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb. Shownews xəbər verir ki, qonorar qarşılığında "Giveaway" reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələr

22.06.2020 11748
.

"O mənə görə maşınını satıb müalicəyə göndərdi" - xərçənglə mübarizə aparan Zülfiyyədən heç yerdə eşitmədiyiniz ETİRAFLAR

ın növbəti müsahibi ağır xəstəliyə qalib gələn tanınmış aparıcı, hüquqşünas Zülfiyyə Bayramovadır. "Ölümdən heç vaxt qorxmadım" cümləsi ilə müsahibəyə başlayan aparıcı xəstəliklə sözün həqiqi mənasında var qüvvəsi ilə mübarizə aparıb. Zülfiyyə Bayramova ilə səmimi müsahibəni sizə təqdim edirik:

06.09.2019 4222
.

"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏ

Komediya filmlərinin bir çoxunda baş rolu canlandıran Müşfiq Şahverdiyev -ın qonağı olub. Müsahibə zamanı aktyor şəxsi həyatı və sənəti ilə bağlı maraqlı məqamlara toxunub. Sözügedən müsahibəni təqdim edirik:. Komediya filmlərinin bir çoxunda baş rolu canlandırmısınız. Eşitdiyimə görə, çəkildiyiniz filmlərd

03.03.2020 6039
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816
.

Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ

"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya

21.02.2020 23053
.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ

Çoxları qarlı zirvələri fəth etməyə səy göstərir. Bunu arzulayır. Lakin sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən buz bağlamış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilmək hər kəsin bacara biləcəyi bir iş deyil. Bəs kimlər alpinist ola bilər?. Alpinizimi

20.02.2020 6876