Bakının ən ucuz yarmarkalarında BAYRAM QİYMƏTLƏRİ - FOTO

Bakının ən ucuz yarmarkalarında BAYRAM QİYMƏTLƏRİ - FOTOYeni ilin yaxınlaşması ilə bağlı artıq paytaxt Bakıda bayram ab-havası hiss olunur. Mərkəzdə ağaclar bəzədilir, mağazalarda oyuncaqlar satılır və ən əsası da metro çıxışlarında Yeni il yarmarkaları fəaliyyətə başlayıb.

BiG.AZ Trend-ə istinadən yarmarkalarda satılan yeni il atributlarının qiymətlərini təqdim edir.

Əksər malların Çindən gəldiyini söyləyən sahibkar bildirib ki, yarmarka bir həftəyə yaxındır fəaliyyətə başlayıb, alıcıların sayı çoxalıb.

Satıcının sözlərinə görə, Yeni il atributlarından olan yolkanın qiyməti hündürlüyünə görə dəyişir. Normalda ən qısası (60 sm) 6 manat, ən hündürü isə (2.40 sm) 100 manatdır.

Sahibkar qeyd edib ki, gələn il siçan ili olduğuna görə yumşaq oyuncaqlar arasında daha çox bu heyvanı almağa üstünlük verilir.

Qiymətlər isə 3-25 manat arası dəyişir. Ən bahalı hədiyyələr isə Yeni il suvenirləridir. Onların da qiyməti müxtəlifdir, ən ucuzu 30 manatdan başlayır.

Bundan başqa, bayram yolkalarının bəzədilməsində istifadə edilən aksessuarların qiymətləri görünüşündən, ölçüsündən və keyfiyyətindən asılı olaraq dəyişir.

Nisbətən sadə görünüşlü, kiçik bir bəzək əşyasını 1-1.50 manata almaq mümkündür.

Hədiyyələr arasında Qar qızı və Santa Klaus geyimləri də var. Böyüklər üçün olan geyimlərin qiyməti 8-15, uşaqlar üçün isə 3-10 manatdır.

Satıcı qeyd edib ki, ötən illə müqayisədə demək olar ki, heç bir dəyişiklik baş verməyib. Satılan mallar da, onların qiyməti də eyinidir.

Yarmarka dekabr ayının 31-nə kimi davam edəcək.

Xatırladaq ki, Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar - Yeni il bayramı münasibətilə bayram yarmarkalarına start verilib.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentindən Trend-ə verilən məlumata görə, hər il olduğu kimi, bu il də bayram yarmarkaları ilə bağlı BŞİH və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən dislokasiya təsdiq olunub.

Dislokasiyaya görə, bayram yarmarkaları əsasən şəhərdə, metrostansiyaların qarşısında quraşdırılıb.

Hazırda Nəsimi, Nərimanov, Yasamal, Binəqədi, Nizami, Xətai rayonlarında 12 ərazidə 23 bayram yarmarkası üçün çadırlar quraşdırılıb.

Bakının ən ucuz yarmarkalarında BAYRAM QİYMƏTLƏRİ - FOTOBakının ən ucuz yarmarkalarında BAYRAM QİYMƏTLƏRİ - FOTOBakının ən ucuz yarmarkalarında BAYRAM QİYMƏTLƏRİ - FOTOBakının ən ucuz yarmarkalarında BAYRAM QİYMƏTLƏRİ - FOTOBakının ən ucuz yarmarkalarında BAYRAM QİYMƏTLƏRİ - FOTOBakının ən ucuz yarmarkalarında BAYRAM QİYMƏTLƏRİ - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 903   Tarix: 11 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

19.04.2024 152
.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19.04.2024 541
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19.04.2024 177
.

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. "Report" xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib. Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub. Yeni tədris ilində

19.04.2024 341
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

19.04.2024 236
.

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə

19.04.2024 222
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 739
.

Ukrayna: Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi nəticəsində 8 nəfər həlak olub, 29 nəfər yaralanıb

Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 8 nəfər ölüb, 29 nəfər yaralanıb. Bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Açıqlamada Dnipro şəhərində 5 mərtəbəli bir mənzilin vurulduğu bildirilib. Bu hücum nəticəsində 2 nəfərin öldüyü

19.04.2024 291
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 360