"Onsuz yaşaya bilmərəm" - Sevda Ələkbərzadə

"Onsuz yaşaya bilmərəm" - Sevda Ələkbərzadə"Özümü heç vaxt məşhur hiss etməmimşəm. Sadəcə, tanınmış müğənniyəm. Ulduz deyiləm. Mənim təbiətimdə ulduzluq yoxdur. Müğənni var ki, üç dəfə efirə çıxır və özünü ulduz hesab edir. Məktəbdə oxuyurdum, artıq məni tanıyırdılar. Gözümü açandan evimizdə kameralar, çəkilişlər görmüşəm. Məni tanıyanda, narahat oluram. Dünyaşöhrətli müğənnilər çox sadə olurlar. Tərbiyəli insan belədir. Pafosluq içiboşluqdandır. İnsan var, baxıram, illərdir oxuyur, tanınmışdır, amma səs yoxdur. Amma içəri girəndə özünü elə təqdime dir ki, sanki ulduzdur. Kənardakılar elə bilir ki, akademikdir".
BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə "Ağ-qara" verilişində deyib. Müğənni özünü ulduz kimi aparan həmkarlarını qınayıb.

Ələkbərzadə özü ilə bağlı maraqlı etiraflar edib:

"Kənardan güclü görünürəm, amma deyiləm. Düşünmüşəm ki, prinsiplərimə "əlvida" demişəm. Amma zaman keçir, görürəm ki, yox, edə bilmirəm. Hərdən hətta küsülü olduğum adamla öpüşüb-görüşmüşəm. Sonra xatırlamışam ki, axı mən onunla danışmırdım. Kinli və paxıl deyiləm. İntiqam hissi ilə yaşaya bilmərəm. Bu məni boğar. İçim işıqlı olmalıdır. Onsuz yaşaya bilmərəm. İnsanın böyüklüyü bağışlamağı bacarmağıdır".

Sevda daha sonra "Hərdən istədiyini ala bilmirsən, bezirsən. Demişəm, daha oxumayacam və iki-üç ay çəkilmişəm kənara. Sonra anlayırsan ki, axı bunsuz yaşaya bilmərəm. Düşünürəm ki, hər şeyi düz etmişəm. On il əvvəl oxuduğum Mahnıları insanlar indi anlayırlar" sözlərini əlavə edib.

Müğənni bir çoxlarının özünü onun ifa tərzinə bənzətdiyini bildirib. "Təsəvvür edin kimsə Sevda Ələkbərzadənin yolunu başlayır. Ona məsləhətiniz" sualına belə cavab verib:

"Təsəvvür etmirəm, elələri var. Məsləhəti istəyənə verərəm. Ona çətin deyil, hazırı əldə edib. Bunun banisi mənəm. Hər xalq mahnısını götürüb, düzəltmək olmur. Onu seçib tapmaq var. "Getmə gəl" mahnısını bir qız oxuyub, deyir, Şövkət Ələkbərovadan eşitmişəm. Axı etdiyin boğazları məndən öyrənmisən. Mən kimdənsə öyrəndiyimi danmıram. Halallıq olmalıdır. Məndən öyrənməyiniz, ancaq məni sevindirir. Mahnı oxunduqca, yaşayır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1295   Tarix: 10 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467