Masazır qəsəbəsində köhnə xətlər yenilənir - FOTO

Masazır qəsəbəsində köhnə xətlər yenilənir - FOTO"Azərişıq" ASC 2019-cu ilin tədbirlər planına uyğun olaraq Abşeron rayonunun kənd və qəsəbələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatını daha da yaxşılaşdırılması işlərini davam etdirir. Bu çərçivədə Xırdalan şəhəri üçün iki ədəd 35 kV-lıq yarımstansiya inşa edilib və mövcud 35 kV-lıq elektrik şəbəkəsi ilə əlaqələndirilib".

BiG.AZ Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən media-turda "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayev əlavə edib ki, ölkə üzrə elektrik enerjisi şəbəkəsini yaxşılaşdırmaq işləri davam etdiriləcək:

"Gələn il Fevralda "Azərişığ"ın yaranmasından 5 il ötür. Bu 5 il ərzində qurum Tədbirlər planı əsasında bir sıra işlər görüb. Son 1 ildə görülən işlərə nəzər salmaq istərdim. 2019-cu ilin yanvar ayından bugünədək bir çox rayonda yenidənqurma işləri aparılıb. İlin əvvəlindən Mərkəzi Aran, Cənub, Şimal, Şimal-Qərb, Şirvan və digər regionlarda yenidənqurma işləri aparılıb.

Bütün bunlar bu gün Bakı şəhərində, kənd və qəsəbələrində görülən işlərin davamıdır.

İlin əvvəlində Binəqədi rayonu Sulutəpə, Biləcəri qəsəbələri, kənd Binəqədi, Novxanı, Fatmayi qəsəbəsində, Xəzər rayonu Binə qəsəbəsi mal-materialların göndərilməsi həyata keçirilib.

Aparılan işlər Abşeron rayonunun Xırdalan qəsəbəsində "Quşçuluq massivi" ərazisində, Masazır, 28 May qəsəbələri, "At yalı", Qobu və Hökməli qəsəbələrində yekunlaşmaq üzrədir".

"Azərişıq" sözçüsü əlavə edib ki, 5 ildir davam edən Masazır qəsəbəsində köhnə xətlərin yeniləri ilə əvəzlənməsi artıq 80% yekunlaşıb:

"Bu isə qış aylarında yaranan enerji fasilələrinin yaranmasının qarşısını alıb, istehlakçıların fasiləsiz enerji ilə təchizatı təmin olunub.

Tək Masazır qəsəbəsində iki ədəd 35 kilovoltluq yarımstansiya, Xırdalan şəhərində iki ədəd 35 kilovoltluq yarımstansiya, Qobu kəndində bir ədəd 110 kilovoltluq yeni yarımstansiya inşa olunub, yeni elektrik veriliş xətləri quraşdırılıb. Xüsusilə, elektrik veriliş xətləri özünüdaşıyan izolyasiyalı kabel xətləri ilə əvəzlənib. Bütün bunlar birbaşa yarım milyondan artıq istehlakçının dayanıqlı, keyfiyyətli enerji təchizatını təmin edəcək.

"Azərişıq" yarandığı gündən Bakı şəhəri və ətraf kənd və qəsəbələrində bütün bu işlərlə yanaşı, yeni sayğacların quraşdırılması və digər məsələlər həllini tapıb.

Bildiyiniz kimi, "Azərişıq"ın göstərdiyi 17 xidmət "Asan xidmət" vasitəsilə həyata keçirilir. Bütün mövcud məsələlər elektron formada həllini tapır. Artıq xətlərimiz də buna imkan verir, belə ki, yeni elektron sayğaclar, sms tipli sayğaclar ən son texnoloji nailiyyətlərə cavab verir.

Yeni ilədək bəzi ərazilərdə növbəli olaraq enerji təchizatında qısa müddətli fasilələr yaranacaq. Bütün bunlar aparılan yenidənqurma işləri ilə əlaqədardır.

Bu gün işlər Xırdalan şəhəri "Quşçuluq massivi" ərazisində, Masazır qəsəbəsində aparılıb. Gələn həftə bu işlər 28 May qəsəbəsi, "At yalı", Qobu və Hökməli qəsəbələrində, Xırdalan şəhərində yenidənqurna işləei aparılacaq".

Masazır qəsəbəsində köhnə xətlər yenilənir - FOTOMasazır qəsəbəsində köhnə xətlər yenilənir - FOTOMasazır qəsəbəsində köhnə xətlər yenilənir - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 798   Tarix: 10 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880