Uşağın gözü önündə toyuğu vəhşicəsinə öldürdu - 5 il HƏBS CƏZASI ALDI

Uşağın gözü önündə toyuğu vəhşicəsinə öldürdu - 5 il HƏBS CƏZASI ALDI

Ukraynada Dnepropetrovsk vilayətinin Novomoskovsk Rayon Məhkəməsi toyuğu vəhşicəsinə öldürən şəxsi 5 il həbs cəzasına məhkum edib, lakin elə məhkəmə zalındaca sərbəst buraxıb.

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə UNİAN yazır.

Qeyd olunur ki, kişi toyuğu xüsusi amansızlıqla öldürüb. Əvvəl bir əlində tutub şüşə butulka ilə vurub. Sonra yerə çırpıb, ayağıyla təpikləyib, qanadından qaldırararq heyvana əziyyət vedib. Elə bu vəziyyətdə onu üç dəfə yerə çırpıb. Nəticədə heyvan ölüb.

Vəhşilik azyaşlı uşağın gözü önündə törədilib, hadisənin görüntüləri isə "İnstagram" səhifəsində paylaşılıb.

Bunlara baxmayaraq, məhkəmə cinayətkara bir il sınaq müddəti verərək, onu cəzadan azad edib.

Natəvan Baxşiyeva

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 727 Tarix: 10.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol