"Böyük yanğın deyil ki, Heydərov ora gəlsin" - Generaldan açıqlama

"Böyük yanğın deyil ki, Heydərov ora gəlsin" - Generaldan açıqlama

Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev "EuroHome”dakı baş verən yanğından danışıb.

BiG.AZ xəbər verir ki, unikal.org-a açıqlama verən Etibar Mirzəyev bildirib ki, ilkin ehtimala görə hadisə qısa qapanmadan baş verib:

"Yağının söndürülməsi üçün 3 helikopter və 1 təyyarə hadisə yerinə cəlb edilib. Hazırda yanğın tam məhdudlaşdırılıb və hadisənin səbəbləri araşdırılır”.

Etibar Mirzəyev hadisə yerinə Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun gəlməməsinə isə belə münasibət bildirib:

"Nazir Kəmaləddin Heydərov prosesə şəxsən rəhbərlik edir. Böyük yanğın deyil ki, Kəmaləddin Heydərov ora gəlsin”.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1364 Tarix: 10.12.2019


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol