Elnarə 6 mərtəbəli villa tikdirir

Elnarə 6 mərtəbəli villa tikdirir

Əməkdar artist Elnarə Abdullayeva 6 mərtəbəli villa tikdirir.
Axşam.az xəbər verir ki, bu haqda aparıcı Zaur Kamal "5/5" verilişində deyib.

"Deyir, elə bir ev tikiririəm ki, bu başdan o başa bir-birimizi eşitməyəcəyik. Evdə üç-dörd qulluqcu işləyəcək. Şou-biznesdə heç kimin belə evi yoxdur. Nə vaxt bitəcək" deyə aparıcı söyləyib.

Elnarə isə hələ evinin yarımçıq olduğunu söyləyib:

"Bir az pul yığıb pəncərə, bir az pul yığıb darvaza alırıq. Evim hazırda nə gündədir, təmir gedir. Bitəndən sonra göstərəcəm. Xalqım pul verib, toya aparacaq, mən də tikdirib, bitirəcəm".

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1086 Tarix: 10.12.2019


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol