Əli Həsənovun televiziyasında növbəti biabırçılıq — Nuşirəvan Məhərrəmli hələ də Toliki "GÖRƏ BİLMİR" (18+ VİDEO)

Əli Həsənovun televiziyasında növbəti biabırçılıq — Nuşirəvan Məhərrəmli hələ də Toliki "GÖRƏ BİLMİR" (18+ VİDEO)

"Xəzər" televiziyasının efirində yayımlanan verilişdə növbəti dəfə biabırçı hərəkətlərə yol verilib.

Demokrat.az xəbər verir ki, "Tolik" kimi tanınan Tarix Əliyev aparıcısı olduğu verilişdə söyüşlü ifadələr səsləndirib.

Sözügedən verilişdə qonaq olan müğənni Vasif Məhərrəmli isə Tolikin müğənni İradə haqqında söyüşünə etirazını bildirib.

Image result for Xəzər TV-nin efirində biabırçılıq Tolik​

Qeyd edək ki, "Xəzər" televiziyasının efirində yayımlanan və aprıcısı Tolik olan sözügedən verilişdə bu cür söyüşlü ifadələrin səsləndirilməsi birinci hal deyil. İndiyədək Xəzər TV-də dəfələrlə oxşar nöqsanlara yol verilsə də, ancaq Milli Televiziya və Radio Şurası bu cür halları görməməzlikdən gəlir. Digər televiziya kanallarında buna bənzər hərəkətlərə yol verən televiziya aparıcıları dərhal Milli Televiziya və Radio Şurası tərəfindən cəzalandırılsa da, ancaq eyni münasibət Xəzər TV-nin aparıcısı Tolikə və ya kanalın rəhbərliyinə göstərilmir. Təkcə bu fakt Milli Televiziya və Radio Şurası rəhbərliyinin televiziya kanallarına olan qeyri-obyektiv və tərəfli münasibətini ortaya qoyur.

Onu da bildirək ki, Milli Televiziya və Radio Şurası Prezidentin İctimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun himayəsi altında çalışıb və bu qurumun sədri olan Nuşirəvan Məhərrəmli Əli Həsənovun tələbə yoldaşıdır.




Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3336 Tarix: 09.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər