Tanınmış aktyor: İnternetdə tanış olduğum qız məni "aldatdı" - VİDEO

Tanınmış aktyor: İnternetdə tanış olduğum qız məni "aldatdı" - VİDEO

Türkiyənin gənc aktyoru Furkan Andıç internetdə tanış olduğu qızla görüşməsi ilə bağlı etiraf edib.

Oxu.Az xəbər verir ki, “Aşırı Ünlülərlə Kısa Görüşmələr” proqramında aktyor tanış olduğu qızın onun aldatdığını və şəkillərdəki kimi olmadığını açıqlayıb.

“İnternetdə tanış olduğum qızla görüşmək qərarına gəldim. Amma qızı gördüyüm zaman məyusluq hissi yaşadım. Çünki qız şəkillərdəki kimi deyildi. Onu gördüyüm zaman nə deyəcəyimi bilmədim. Çox untandım. Bir az söhbət etdikdən sonra gözlərimizlə bu münasibətin olmayacağını başa düşdük”, - deyə aktyor bildirib.

Qeyd edək ki, Furkan Andıç “Umutsuz ev kadınları”, “Kırgın çiçekler”, “Tatlı intiqam” və “Hər yerde sen” serialları ilə tanınıb.



BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1298 Tarix: 09.12.2019


Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol