Rusiyaya şok qadağa: Olimpiya və dünya çempionatında iştirak edə bilməyəcək

Rusiyaya şok qadağa: Olimpiya və dünya çempionatında iştirak edə bilməyəcək

Rusiya dopinq laboratoriyası məlumatlarını manipulyasiya etməsi ittihamlarına görə dörd illik qadağa ilə üzləşə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə qərar İsveçrənin Lozanna şəhərində keçirilmiş Dünya Anti-Dopinq Agentliyinin (WADA) iclasında qərar çıxarılıb.

Bu üzdən Rusiya idmançılarının 2020 Tokio Yay Olimpiya Oyunları, 2022 Pekin Qış Olimpiadası, həmçinin 2020-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında iştirakı əlindən alına bilər. Rusiyanın idman naziri Pavel Kolobkov bu məsələyə şərh vermək istəməyib.

WADA-nın qərarına baxmayaraq, bu qadağa AVRO-2020-nin ev sahiblərindən olan Rusiyanın yarışda iştirakını məhdudlaşdırmayacaq.

Qeyd edək ki, Rusiya Anti-Dopinq Agentliyi (RusADA) bu ilin əvvəlində dopinq test məlumatlarının təhrif olunmasında günahlandırılıb. RusADA-nın rəhbəri Yuri Qandus da təsdiqləyib ki, kimsə laboratoriyadakı dopinq test nəticələrini dəyişdirib və ya ləğv edib.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 392 Tarix: 09.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər