Fədayə Laçın 1 saatda qazandığı pulun məbləğini açıqladı - VİDEO

Fədayə Laçın 1 saatda qazandığı pulun məbləğini açıqladı - VİDEO

ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı Fədayə Laçın olub.

Müğənni Tacir Şahmalıoğlu ilə aralarındakı münasibətdən danışıb:

“Bu yaxınlarda birlikdə toydaydıq. Nə söhbət olubsa mən olmayanda olub. Eşitdiyimə görə, dalımca yaxşı danışmayıb. O da deyir ki, mən pis heç nə deməmişəm, jurnalistlər fikrimi dəyişib yazıblar. Bu özünün mənə üz-üzə dediyi sözdür. İndi mən onunla niyə toya getməməliyəm ki? Mənim nə onunla, nə də ümumiyyətlə bu sənətdə heç kimlə davam olmayıb. Nə hamı ilə yaxınam, nə də uzağam. Problemsiz yaşayışım var. Məndə elə xasiyyət yoxdur deyəm ki, filankəs o toydadırsa, ora gəlmirəm. Söz-söhbətə yazılanlara fikir verən insan deyiləm. Yazanlar da bilsinlər ki, məni qətiyyən qıcıqlandıra bilməzlər. Çünki, mən cılız insan deyiləm və cılız yazılara fikir verim, bir yazıya görə kiminləsə problem yaşayım. Problem həll edən insanam, yaradan deyiləm. Tacir oxuduğu toyda gedib oxuyub, 1 saata 2-3 min manat pulumu alıramsa, niyə gedib onu qazanmayım ki?....”


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2934 Tarix: 09.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər