Atası ilə ögey anası tərəfindən döyülən qardaşlarla bağlı rəsmi AÇIQLAMA

Atası ilə ögey anası tərəfindən döyülən qardaşlarla bağlı rəsmi AÇIQLAMAAzyaşlı uşaqların ataları və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalması faktı öz təsdiqini taparsa, həmin şəxslər nəinki valideyn hüququndan məhrum ediləcək, hətta onlar cinayət məsuliyyətinə də cəlb edilə bilərlər.

BiG.AZ xəbər verir ki, bu barədə oxu.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib.

Onun sözlərinə görə, araşdırmalar yalnız Komitə tərəfindən deyil, eyni zamanda, hüquq-mühafizə orqanları ilə birgə aparılır:

"İki azyaşlının ata və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalmaları faktı ilə bağlı hazırda araşdırma aparılır. Araşdırmaların sonunda ortaya çıxan məqamlar əsasında mövcud vəziyyətlə bağlı hansı tədbirlərin görüləcəyinə qərar veriləcək.

Amma onu deyim ki, uşaqların işgəncələrə məruz qalması faktı öz təsdiqini taparsa, bu məsələ valideyn hüquqlarının məhrum edilməsinə qədər gedib çıxa bilər. Hətta nəinki valideyn hüququnun əllərindən alınması, araşdırmanın nəticələrindən asılı olaraq inzibati və cinayət məsuliyyətinə belə cəlb edilə bilərlər.

Ümumiyyətlə uşaqların nəinki valideynləri, qohumları, heç bir şəxs və ya şəxslər tərəfindən fiziki, psixoloji və ya hər hansı başqa zorakılıq növlərinə məruz qalmaları yolverilməzdir".

E.Səfərov qeyd edib ki, məsələ ilə bağlı ərazi üzrə Sabunçu Rayon İcra Hakimiyyətində monitorinq komissiyası yaradılıb və araşdırma davam etdiyi müddətdə Dövlət Komitəsi ilə informasiya mübadiləsi aparılır:

"Bu məsələdə Dövlət Komitəsinin Hüquq və Uşaq şöbələrində araşdırmalara başlanılıb. Bütün hallarda ilk növbədə uşaqların maraqları nəzərə alınmalıdır. Sadəcə olaraq, biz yekun məlumat vermək üçün mütləq şəkildə hüquq-müafizə orqanları ilə birgə aparılan araşdırmaların nəticələrini gözləməliyik.

Fərqi yoxdur, ata-ana ögeydir, yoxsa doğma, əgər həmin şəxslərə valideynlik hüququ verilibsə, onlar bu hüquqdan sui-istifadə edə, uşaqlara qarşı laqeyd münasibət sərgiləyib, zorakılıq edə bilməz.

Qanunla həmin şəxslər fiziki zorakılıq törədiyi və himayəsində olan uşağa laqeyd münasibət göstərdiyi üçün məhkəmə qərarına əsasən, öz hüquqlarını itirir. Hazırda bu məsələ istiqamətində araşdırma aparılır. Gün ərzində məsələ ilə bağlı yeniliklər olarsa, biz məsələ ilə bağlı hansı tədbirlərin görüləcəyi barədə məlumat verəcəyik.

Uşaqların təhlükəsizliyi baxımından hazırda onların harada saxlanıldığı barədə məlumat vermirik. Çünki ilk növbədə biz uşaqların maraqlarının müdafiəsinə çalışırıq. Ola bilər ki, qohumları onlara psixoloji təzyiq göstərə bilər".

Xatırladaq ki, sosial şəbəkələrdə Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalmaları ilə bağlı məlumatlar və bu işgəncələri özündə əks etdirən fotolar yayılıb.

İddia edilir ki, körpə ikən doğma anaları vəfat edən azyaşlı qardaşlar sonradan başqa bir qadınla evlənən atasının himayəsində qalıblar. Bundan sonra isə uşaqların ögey anaları tərəfindən dəfələrlə döyülüb, işgəncələrə məruz qalmaları iddia edilir.

Eyni zamanda, Daxili İşlər Nazirliyi iki azyaşlı uşağa atası və ögey anası tərəfindən işgəncə verilməsi haqda sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı rəsmi açıqlama yayıb.

Milli.Az xəbər verir ki, nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə qafqazinfo-ya açıqlamasında bildirib ki, Ağcabədi rayon sakini Tərgiz İbrahimova Nazirliyin 102 Xidmətinə müraciət edərək mərhum bacısının Sabunçu rayonunda yaşayan iki azyaşlı övladı Hüseyn və Qulunun ataları Xanlar Əkbərov və ögey anaları Nuranə tərəfindən işgəncəyə məruz qalmasını bildirib. Müraciət əsasında Sabunçu RPİ 15-ci Polis Bölməsində təhqiqat aparılıb:

"Araşdırma zamanı tərəflərin izahatı alınaraq hər iki azyaşlının aldıqları bədən xəsarətlərinin ağırlıq dərəcələrinin müəyyən olunması üçün məhkəmə tibb ekspertizası təyin olunub. Ekspertlərin rəyinə görə, hər iki azyaşlının bədənlərinin müxtəlif hissələrinə müxtəlif vaxtlarda yetirilən xəsarətlərin sağlamlığa yüngül və az ağır zərər vurmaya aid olduğu müəyyən edilib. Hər iki valideynin uşaqlara əzab verməsi ilə bağlı toplanmış materiallar cinayət işinin başlanması məsələsinə baxılması üçün Sabunçu Rayon Prokurorluğuna göndərilib".

Qeyd edək ki, məlumata görə, Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların anası onlar körpə ikən vəfat edib. Himayəsində qaldığı ataları, Ağcabədi rayon sakini Xəqani Kazımov isə Nuranə adlı qadınla ailə qurub. Bundan sonra uşaqların atası həyat yoldaşı ilə birlikdə hər iki oğluna müxtəlif işgəncələr verib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1466   Tarix: 09 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Robot tozsoran partladı - VİDEO

Türkiyənin Kocaeli şəhərində robot tozsoran partlayıb. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Evə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb

18.04.2024 539
.

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb. xəbər verir ki, ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədinin tapıldığı bildirilib. Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiy

18.04.2024 273
.

Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA

"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu sözləri -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Pensiyaları

18.04.2024 501
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 303
.

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə

12:27 156
.

"Trans yağların yaratdığı bütün zərərli təsirlərdən qorunmağın ən asan üsulu balanslı qidalanmaqdır" - Qida eksperti

Azərbaycan bu ildən etibarən trans yağ turşuları ilə mübarizə sahəsində görülən işlərlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan "Ölkələrin Qiymətləndirmə Aləti"ndə 2-ci səviyyədən 3-cü səviyyəyə yüksəlib. Qida eksperti Fərid Səfərov -a bildirib ki, süni trans yağ maye yağları

18.04.2024 544
.

Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Tokat şəhərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ nəticəsində ölən və yaralananların olduğu barəsində məlumat verilməyib

18.04.2024 299
.

"Ermənistan rəhbərliyinin addımını dəstəkləyən kəslər, Azərbaycanın da bu kimi addımlar atacağı təqdirdə səssizliyini qorusun"

"İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin son 1 ayda açıqlamaları Bakı və Tehran arasında hazırda mülayimləşməyə gedən münasibətlərə xələl gətirir. İlin günün bu vaxtında hazırda Azərbaycanla İran arasında nəqliyyat - kommunikasiya və sərhədyanı ərazilərdə başladılan yeni əməkdaşlıq trendlər

18.04.2024 263
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

18.04.2024 190