"WhatsApp"da YENİLİK - xatırlatma funksiyası

"WhatsApp"da YENİLİK - xatırlatma funksiyası

"WhatsApp" messencerində yeni funksiya işə düşüb. Artıq istifadəçilər proqram vasitəsilə lazım olan məsələləri özlərinə "xatırlata" biləcəklər.

BiG.AZ-ın life.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə whatsapp.any.do saytında məlumat verilir.

"WhatsApp Reminders" funksiyası "Any.do" xatırlatma servisi vasitəsilə yaradılıb və ödənişlidir.

Tapşırıq yaratmaq və xatırlatmanı təyin etmək üçün xüsusi botdan istifadə olunur. Bota tapşırıq və xatırlatmanın zamanı mesaj vasitəsilə göndərilir.

Qeyd edək ki, noyabrın sonunda "WhatsApp"da mesajların avtomatik silinməsi funksiyası işə salınıb. Onun vasitəsilə mesajların "ömrünü" təyin etmək mümkün olacaq.

Natəvan Baxşiyeva

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 7060 Tarix: 09.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər