Arda Turan "Qalatasaray"la bağlı qərarını verdi

Arda Turan "Qalatasaray"la bağlı qərarını verdi

Türkiyənin “Başakşəhər” klubunun futbolçusu Arda Turan mövsümün sonunda “Qalatasaray” klubuna qayıda bilər.

Oxu.az-ın məlumatına görə, “CNN Türk” xəbər verir ki, “Başakşəhər” icarə müqaviləsi mövsümün sonunda başa çatan futbolçu ilə yeni müqavilə bağlamağa hazırlaşmır.

Məlumata görə, Arda Turanın üzünə “Barselona”nın da qapıları bağlanıb. Katalon klubu da türk futbolçunun xidmətində maraqlı deyil.

Belə olan halda “Qalatasaray” - “Başakşəhər” qarşılaşmasında Arda Turanın Fatih Terimin əlini öpməsindən sonra futbolçunun doğma klubuna qayıdacağı iddiaları güclənib. Bir sıra mətbuat orqanları Ardanın yanvarda İstanbul nəhənginə qayıdacağını qeyd edib.

Arda Turanın həmçinin yaxınlarına “Qalatasaray”dan təklif gələcəyi halda boş müqaviləyə imza atacağını söylədiyi bildirilir.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 1276 Tarix: 06.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər