"Yeganə ifaçıyam ki, daydayım yoxdur" – Əməkdar artist – VİDEO

"Yeganə ifaçıyam ki, daydayım yoxdur" – Əməkdar artist – VİDEO

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi əməkdar artist Baloğlan Əşrəfov olub.

Əməkdar artist qalmaqalla gündəmə gələn həmkarlarını sərt tənqid edib:

“Elə müğənni var ki, oxumağını eşitməmişəm, qalmaqallarını eşitmişəm. Yaz gülü kimidirlər. 1 ay keçmir solurlar. Müğənni qalmaqalla gündəmdə qalmamalıdır. Bu ona xeyir gətirməz. Arxamda dayanacaq dayım, əmim yoxdur. Yeganə ifaçıyam ki, məni ifama görə dəvət ediblər. Azərbaycanda elə kişi varsa, desin ki, Baloğlanı mən xahiş edib tədbirlərə dəvət etdirmişəm. Eşitdiyimə görə, “YouTube”da saxta baxış sayını artırırlar. Mən belə şeyləri bilmirəm, lazım da deyil. İstəyirəm məni sevənlər həqiqəti əks etdirsin, yalandan sevgi olmur”.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 446 Tarix: 05.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər