
Millət vəkili Yevda Abramovun ölüm xəbəri yayılıb.
Sonxeber.Az-ın məlumatına görə, deputatın oğlu xəbəri təkzib edib:
“Atamın vəziyyəti stabilləşib. Hələ də xəstəxanada müalicə alır. Ölüm xəbəri həqiqətə uyğun deyil. Süni nəfəs aparatına qoşulmuş vəziyyətdədir”.
Qeyd edək ki, millət vəkili onkoloji xəstəlikdən əziyyət çəkir.