Xaçmazda "Cinli Əhməd" 3 uşaq atasını ürəyindən bıçaqlayıb

Xaçmazda "Cinli Əhməd" 3 uşaq atasını ürəyindən bıçaqlayıb

Xaçmaz rayonunda 26 yaşlı gənci qətlə yetirməkdə təqsirli bilinən Əhməd Seyid oğlu Yaqubovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BiG.AZ ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.

Məhkəmə hazırlıq iclası dekabr ayının 6-na təyin olunub.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında baş verib. Xaçmaz rayonu, İzmailovka qəsəbəsində "Cinli Əhməd" kimi tanınan Ə.Yaqubov 3 uşaq atası Etibar Cavadovu bıçaqlayıb.

O, ürək nahiyəsindən aldığı bir bıçaq zərbəsindən hadisə yerindəcə keçinib.

Polis əməkdaşları tərəfindən saxlanılan Əhməd Yaqubova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adamöldürmə) maddəsi ilə ittiham verilib.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 750 Tarix: 03.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər