Konstitusiya Məhkəməsindən deputatlarla bağlı yeni AÇIQLAMA

Konstitusiya Məhkəməsindən deputatlarla bağlı yeni AÇIQLAMA

Dekabrın 2-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Milli Məclisin 2019-cu il 2 dekabr tarixli 1717-VQR nömrəli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində ölkə başçısının sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, Konstitusiya Məhkəməsi Plenumunun iclasına Milli Məclisin üzvləri qatılmayacaq:

“Prosedura əsasən deputatların iclasda iştirakı gözlənilmir”.

Qeyd edək ki, sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 4-də saat 12:00-a təyin edilmiş iclasında baxılacaq.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 683 Tarix: 03.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər