Afaq Bəşirqızının "deputat olması"na daha bir reaksiya

Afaq Bəşirqızının "deputat olması"na daha bir reaksiya

Xalq artisti Səidə Quliyeva yeni işlərindən və həmkarı Afaq Bəşirqızı ilə bağlı sosial şəbəkələrdəki aksiyadan söhbət açıb.

Sənətçi Axşam.az-ın suallarını cavablandırarkən bunları deyib:

“Sonuncu dəfə “Qış nağılı” filmində çəkilmişəm. Düzdür, epizodda rol almışam. Amma öz səhnələrimə o qədər gülmüşəm ki... Üç gün Qəbələdə qaldıq, çəkilişi orada etdik. Kollektiv işgüzar, mehriban olanda film əla alınır. Bu film də elədir. Müəyyən insanlarda təcrübəsizlik var idi, amma onlar da buradan bəhrələndilər. Mən peşəkar rejissorlarla işləmişəm. Buna əsaslanıb danışıram. AzTV-də “Sabah” studiyasının “Zəng” televiziya filmində baş rola çəkilmişəm. Yeni il ərəfəsində yayımlanacaq. Afaq Bəşirqızı, Cahangir Novruzov, Fərhad İsrafilov, Məbud Məmmədov da orada rol alıb. Çox maraqlıdır”.

O söyləyib ki, A.Bəşirqızının deputat olması ilə bağlı aksiyanın lehinə olduğunu söyləyib:

“Eşitdim ki, Afaq Bəşirqızının deputatlığa namizəd olması ilə bağlı sosial şəbəkədə təkliflər səsləndirirlər. Niyə də yox? Bu, çox gözəldir. Bizim sözümüzü, istəklərimizi Milli Məclisdə bəyan edər. Çox maraqlı olardı, onu dəstəkləyirəm”.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1327 Tarix: 03.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər