Qriboyedovun təhqir edilən heykəli - Njde ruhunda tərbiyənin nəticəsi - ŞƏRH

Qriboyedovun təhqir edilən heykəli - Njde ruhunda tərbiyənin nəticəsi - ŞƏRHBir etnik qrup barəsində ümumiləşdirmə aparmaqdan uzağıq. Ancaq təəssüf ki, bəzən tarixdə baş verən hadisələr belə ümumiləşdirməyə imkan verir. Bu baxımdan, ermənilər barədə ümumiləşdirmə etmək olar.

Deməli, dekabrın 2-də Yerevanda polyak əsilli tanınmış rus dramaturq, yazıçı və diplomat, məşhur "Ağıldan bəla" pyesinin müəllifi Aleksandr Sergeyeviç Qriboyedovun heykəlinin üstünə boya tökülərək təhqir edilib. Bu hadisəni Ermənistanın Birləşmiş Milli Təşəbbüs Partiyasının sədri, faşist əlaltısı Njdenin ideologiyasının davamçısı Şant Arutunyanın oğlu, milliyyətçi olaraq tanınan Şaqen Arutunyan törədib. O, əvvəlcə "Facebook" səhifəsində belə yazıb: "Mən Njdenin xatirə lövhəsinin rənglənməsinə cavab olaraq Rusiya imperiyasının səfiri, yazıçı Qriboyedovun abidəsini rənglədim". Bir müddət sonra isə bunu "gözə göz" prinsipindən çıxış edərək törətdiyini etiraf edib. Özünü hitlerçilərin əlaltısı olmuş Njdenin davamçısı sayan Şaqen Arutunyan daha sonra yazıb: "Mən bunu dekabrın 2-də Ermənistanın bolşevikləşməsinə və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərinə etiraz olaraq etdim". Njdenin ideologiyasının onun üçün adi sözdən ibarət olmadığını da vurğulayıb. Şaqen Arutunyan "Mənim addımım" hakim fraksiyanın deputatı Yercanik Akopyanın köməkçisi olub. Xatırladaq ki, Şaqen Arutyunyan 2014-cü ildə şərti olaraq 4 il müddətinə azadlıqdan məhrum edilib. O, 2018-ci ilin mayında baş verən dəyişikliklərdən sonra amnistiya ilə sərbəst buraxılıb.

Qriboyedovun təhqir edilən heykəli - Njde ruhunda tərbiyənin nəticəsi - ŞƏRHƏslində, bu, erməni gəncliyinin faşizm ruhunda tərbiyə edildiyini bir daha sübut edir. Elə Ermənistanın baş naziri Nikol Paşinyanın Njdeni can-dillə müdafiə edib ondan sovet xalqlarının xilaskarı obrazını yaratmağa cəhd göstərməsi də bu tərbiyənin nəticəsidir. Onun partiyasının nümayəndəsi isə özünü bir faşistin davamçısı sayaraq ermənilərin Qafqazda torpaq sahibi olmaları üçün canından keçmiş rusiyalının abidəsinə qarşı təhqiredici addım atır. İstər Şaqen, istərsə də Paşinyan və onun komandası faşist Njdenin tərbiyəsini alıblar. Nəticə etibarilə aldıqları bu milli tərbiyə onların başqalarını sevməsinə problem yaradır. Baş verən hadisəni isə Ermənistan parlamenti sədrinin müavini Alen Semonyan ört-basdır etməyə cəhd götərib: "Bu adam Qriboyedovun kim olduğundan, nə iş gördüyündən belə xəbərsizdir". Erməni xalqını torpaq sahibi edən bir insanı deputatın köməkçisi olmuş bir nəfərin tanımaması inandırıcı deyil. Njdeni tanıyan Qriboyedovu çox yaxşı tanıyar. Parlamentin sədr müavininin ona bəraət qazandırmaq cəhdi isə çox gülünc və uğursuz açıqlamadır.
Qriboyedovun təhqir edilən heykəli - Njde ruhunda tərbiyənin nəticəsi - ŞƏRHBəs Aleksandr Sergeyeviç Qriboyedov kimdir? O, 1795-ci il yanvarın 4-də Moskvada anadan olub. 1806-cı ildə Moskva Universitetinə daxil olur. Təhsil aldığı müddətdə fransız, ingilis və italyan, alman, daha sonra yunan, latın, fars, ərəb və türk dillərinə yiyələnib. 1812-ci ildə müharibə onun planlarını dəyişib və kiçik zabit kimi müharibəyə yollanıb. Müharibədən qayıtdıqdan sonra Peterburqa köçüb, bir çox dekabristlərin, o cümlədən Puşkinin də çalışdığı Xarici İşlər Kollegiyası İdarəsinə işə düzəlib. 1818-ci ilin iyul ayında Qriboyedov rus missiyasının katibi kimi İrana göndərilib və burada iki il işləyib. Onun İranda yaşadığı həyat əsərləri və gündəliklərində yer alıb. 1819-cu ilin yanvar ayında İrəvana, oradan Təbrizə, sonra da Tehrana gedib və bu müddət ərzində fars və ərəb dillərini öyrənib. 1821-ci ildə İrandan qayıtdıqdan sonra Qafqaz generalı A.Yermolovun rəhbərlik etdiyi ordunun diplomatik katibi vəzifəsinə təyin edilib. 1826-cı ildə çar hakimiyyəti tərəfindən dekabristlərin işi üzrə həbs edilib. O, bütün məxfi sənədləri öncədən məhv edib və buna görə də günahı sübuta yetirilmədiyindən azadlığa buraxılıb. Yenidən Qafqaza qayıdaraq diplomat vəzifəsində çalışıb. Qeyd edək ki, Qriboyedov 1819-cu ildə İrəvan xanlığına səfər edib, oradakı vəziyyəti yerli-yataqlı öyrənib. Rusiya ordusunun generalı Paskeviçlə birlikdə Qacarlar dövlətinə qarşı müharibədə iştirak edib və "İrəvanın alınması uğrunda" medalı ilə təltif edilib. 1827-ci ildə Türkiyə ilə İran arasında danışıqlarda vasitəçi olub. 1828-ci ildə İranla imzalanan Türkmənçay müqaviləsinin hazırlanmasında iştirak edib. Bundan sonra isə İrana səfir təyin edilib. Müharibə bitəndən və müqavilə imzalanandan sonra İranda anti-Rusiya ovqatı güclənmişdi. 1829-cu il fevralın 11-də qəzəbli əhali Rusiyanın Tehrandakı səfirliyinə hücum edərək ordakıların, demək olar ki, hamısını öldürüblər. Onların arasında yeni səfir Aleksandr Qriboyedov da olmuşdu. Onun səyi nəticəsində 1828-ci il fevralın 10-da Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanmış müqavilə əsasında indiki İran ərazisində yaşayan ermənilərin Şimali Azərbaycanın Naxçıvan, İrəvan və Qarabağ bölgələrinə kütləvi köçləri təşkil edilib. 1975-ci ildə Qriboyedovun xatirəsinə Yerevanda heykəl qoyulub. İndiki Ermənistan paytaxtında onun adına məktəb və küçə var. Bununla Rusiyanın ermənilər üçün etdikləri xatırladılır. Həmin heykəl üstündə gəzdikləri torpağı ermənilərə kimin təşkil etdiyini unutmaması üçün bir amildir.

Qriboyedovun təhqir edilən heykəli - Njde ruhunda tərbiyənin nəticəsi - ŞƏRHHər halda Şaqen Arutunyanın hərəkətindən belə çıxır ki, Qriboyedov və onun Rusiyası artıq ermənilərə lazım deyil. Bu səbəbdən onun heykəlini təhqir etmək olar. Ancaq o, ermənilərin həyatında daha böyük rol oynayıb. Njde bu xalqı düşmənçilik rurhunda tərbiyə edərək zəhərləyib. Qriboyedov isə bəhs etdiyimiz etnik qrupun başqasının torpağını mənimsəməsində başlıca rol oynayıb. Heykəlin təhqir edilməsi ermənilərin "çörəyi dizinin üstündə olan" xalq olması ilə bağlı başqa tarixi hadisələri də yada salır. Bu etnik qrupun inkişaf etməsində Osmanlı dövləti də əsas rol oynayıb. Osmanlı imperiyasında yaşayan ermənilərə "Osmanlı erməniləri" adı verilibmiş. 1361-ci ildə Bursa şəhərinin Osmanlı imperiyasının paytaxtı olmasından sonra erməni kilsəsi də yeni paytaxta köçürülüb. 1453-cü ildə İstanbul fəth ediləndən sonra isə erməni kilsəsi də bu şəhərə köçürülüb. Bu dövrlərdə Osmanlı imperiyasında ermənilərin sayı çox deyildi. Əsasən, ticarətlə məşğul olan ermənilər böyük şəhərlərdə ailələri ilə birlikdə qalmırdılar. XVII əsrdən etibarən isə Anadolu bölgəsində yaşayan ermənilərin İstanbula kütləvi axını nəticəsində böyük bir etnik qrup formalaşıb. Osmanlı imperiyasında yaşayan digər etnik qruplardan fərqli olaraq, ermənilər daha çox imtiyazlara sahib olublar. Onlar cəmiyyətin əsas üzvləri hesab ediliblər. Onların nümayəndələrindən biri Andranik Ozanyana Osmanlı ordusunda "paşa" rütbəsi belə verildi. Ona və mənsub olduğu erməni etnik qrupuna himayədarlıq etmiş Osmanlı dövlətinə qarşı çıxdı. 1880-ci illərdə Andranik Osmanlı dövlətinə xəyanət etdiyi üçün cəza kimi onun qulağını kəsiblər, bundan sonra ona xalq arasında "təkqulaq Andranik" deyiblər. Andranik Türkiyədə fəaliyyət göstərən erməni silahlı dəstələri üçün silah qaçaqmalçılığı ilə məşğul olur. 1890-cı illərdə türk ordusuna qarşı döyüşlərdə iştirak edib. 1904-cü ildə türk ordusu erməni üsyanını yatırdıqdan sonra Andranik Türkiyədən qaçıb. Bir müddət Qafqazda olub. 1918-ci ildə, əsasən, Qarabağ və Zəngəzurda azərbaycanlıların kəndlərinin dağıdılmasında və əhalisinin qətlə yetirilməsində Andranikin başçılıq etdiyi dəstə böyük rol oynamışdı, Andranikin silahlı dəstələri 1918-ci ildə Naxçıvan qəzasının Yaycı kəndinə hücum edərək 2500 nəfəri qətlə yetirib, meyitlərini isə Araz çayına atıb. 1918-ci ilin sonlarında Andranikin dəstələri Qarabağda Azərbaycanın bir çox kəndlərinə hücum edərək kütləvi qətllər törədib, kəndləri talan edib. Rəsmi məlumatlara görə, bu dövrdə 115 Azərbaycan kəndi dağıdılıb, 10 mindən çox əhali qətlə yetirilib, əmlakları talan edilib. Andranik törətdiyi bu cinayətlərdən sonra Avropaya qaçıb. Birinci Dünya müharibəsindən sonra Türkiyə hökuməti Andranikin hərbi cinayətkar kimi beynəlxalq axtarışa verib. Andranik muhacirətdə Fransada, sonra isə ABŞ-da yaşayıb. ABŞ-ın Kaliforniya ştatının Fresno şəhərində ölüb.

Qriboyedovun təhqir edilən heykəli - Njde ruhunda tərbiyənin nəticəsi - ŞƏRHYei gəlmişkən, 2011-ci il mayın 28-də Rusiyanın Soçi şəhərinin yaxınlığındakı Volkonka qəsəbəsində Andranik Ozanyanın abidəsi açılmalı idi. Tədbirə Krasnodar diyarından 5-6 minə qədər erməninin gələcəyi gözlənilirdi. Ancaq yerli hakimiyyət orqanları tədbirə etiraz edib. Yerli hökumətin onu dağıdacağından ehtiyatlanan ermənilər abidəni söküb.

Bu arada ermənilər İranda da şah saraylarına yaxın olsalar da, sonradan həmin hökmdarların yıxılmasında aparıcı rolları oynayıblar. Elə SSRİ-də də Moskvaya qarşı ilk çıxanlardan biri erməni etnik qrupudur. 1987-ci ilin dekabrında Paruyr Ayrikyan Yerevanda "Teatral meydan"da çıxış edərək SSRİ tərkibində ermənilərin hüququnun pozulmasından danışıb. Sovet İttifaqında, Cənubi Qafqazda. Orta Asiyada milli münaqişəni bu etnik qrupun nümayəndələri salıb. Şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov da 2005-ci ildə şahmatı tərk edəndən sonra Rusiya prezidenti Vladimir Putinin siyasətinə qarşı fəaliyyət göstərib. 2012-ci ilin oktyabrında Kasparov Rusiya müxalifətinin Koordinasiya Şurasına seçilib. 2013-cü ildə Rusiyanı həmişəlik tərk edən Kasparov bunu hakimiyyət tərəfindən təqib edilməsi, təhlükəsizliyinin təhdid edilməsi ilə əlaqələndirmişdi. Hazırda Nyu Yorkda yaşayan şahmatçının həmçinin Xorvatiyada da evi var. O, 2014-cü ildə Xorvatiya vətəndaşlığını alıb. Kasparov 1963-cü ildə Bakıda doğulub.

Beləliklə, bu qısa yanaşma ilə erməni etnik qrupunun tutduğu mövqedən asılı olmayaraq, istənilən vaxt yemək yediyi "boşqaba tüpürə bildiyini" göstərir. Çəkdiyimiz örnəklərdən göründüyü kimi, hərbçi, siyasətçi, deputat köməkçisi, şahmatçı, baş nazir fərqi yoxdur onlar nankorluq etməyi çox asanlıqla bacarırlar. Ən münbit şərait üçün himayədarlarını belə qurban verir. Çünki onlar Njdenin ideyaları əsasında tərbiyə edilirlər. İndiki Ermənistan üçün torpaq əldə edən Qriboyedovun heykəlinin təhqir edilməsi bunu bir daha təsdiqləyir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 803   Tarix: 03 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Franch Region franchise sərgisi Bakıda!

Sahibkarları və investorları franchise sərgisini ziyarət etməyə dəvət edirik. Bakı şəhəri, Hilton Baku , 1b Azadlıq prospekti, AZ 100. Başlanğıc 09: 30, 25 aprel (giriş pulsuzdur). Burada françayzinq sahəsində çoxlu faydalı məlumat və ekspert bilikləri əldə etmək üçün unikal imkanınız olacaq. Müzakir

15.04.2024 167
.

Bulvarda gəmidə gəzintiyə niyə icazə verilmir? - Açıqlama

"Hazırda Xəzər dənizinin səviyyəsinin enməsi və suyun sahildən geriyə çəkilməsi ilə əlaqədar Bakı şəhərinin Dənizkənarı Milli Parkında gəzinti gəmiləri müvəqqəti olaraq işləmir". xəbər verir ki, bu barədə AZƏRTAC-a Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki

15.04.2024 224
.

İraqın şimalında 12 terrorçu ZƏRƏRSİZLƏŞDİRİLDİ

İraqın şimalında Hakurk bölgəsində aşkarlanan 12 PKK terrorçusu hava əməliyyatı nəticəsində zərərsizləşdirilib. BİG.AZ xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Türkiyə terrorizmə qarşı mübarizə işlərin davam etdirir

15.04.2024 143
.

Rusiya: "Biz bütün Yaxın Şərq ölkələrini təmkinli olmağa çağırırıq"

"Biz bütün Yaxın Şərq ölkələrini təmkinli olmağa çağırırıq". xəbər verir ki, bu sözləri Kremlinin sözçüsü Peskov deyib. İran-İsrail gərginliyinə də toxunan Peskov Yaxın Şərqdə gərginliyin artmasından narahat olduqlarını deyib. "Bütün region ölkələrini mülayim olmağa çağırırıq. Gərginliyi

15.04.2024 157
.

Yeni qayda - boşanmaq istəyənlər rüsum ödəməli olacaq

Məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, qanuna yeni maddə əlavə olunur. Yeni maddəyə əsasən, b

15.04.2024 1100
.

Hülya Afşarın dedikləri gündəmə bomba kimi düşdü

Türkiyəli müğəni Hülya Afşar evlilik proseduru ilə bağlı verdiyi təklifə ölkə əhalisinin sərt reaksiyası ilə üzləşib. -ın xəbərinə görə, Afşar qızı evliliklərin də kirayə müqaviləsi kimi 5 il müddətinə imzalanmasını təklif edib. "Beş ildən bir evlilik müqaviləsi yenilənməlidir. O zaman ər-arva

15.04.2024 290
.

Azərbaycanda universitet prorektoru kazinoda külli məbləğdə pul uduzub? - AÇIQLAMA + FOTO

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması və universitetə prorektor təyin olunması ilə bağlı məlumatlar var. Bakı Avrasiya Universitetinin rektorunun köməkçisi Şəfayət Avılbəyli -ın sorğusuna cavab olaraq bildirib ki

15.04.2024 716
.

Quzu ətinin qiymətinə satılan qulançar - VİDEO

Yaz aylarında təbii bitən, xüsusilə də qida kimi istifadə edilən bitkilərə maraq çoxalır. Belə bitkilərdən biri də qulançardır. Əsasən dadı və tərkibinin zənginliyi ilə seçilən qulançar çoxlarının qida rasionunda xüsusi yer tutur. İndi qulançarın yığım vaxtıdır. Məhsul əl ilə yığılır və 200-250 qramlı

15.04.2024 540
.

Bərpasına 846 milyon avro xərcləndi - Fotolar

Fransanın paytaxtı Parisdə 5 il əvvəl yanğın zamanı zərər görən məşhur Notr-Dam kilsəsinin dekabrda yenidən açılışı planlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Xəbərdə qeyd edilib ki, kilsənin bərpasına cavabdeh olan ictimai təşkilat, "Rebatir Notre-Dame d

15.04.2024 156