Əməkdart artist aparıcı ilə dalaşıb, efirdən getdi - VİDEO

Əməkdart artist aparıcı ilə dalaşıb, efirdən getdi - VİDEO

Əməkdar artist Mehriban Xanlarova yenə qalmaqalla gündəmə gəlib.

Axşam.az xəbər verir ki, uzun fasilədən sonra "Space"də "Onda başladıq" proqramına qonaq olan aktrisa aparıcı Kamran Həsənli ilə dalaşıb.

Kamranın ünvanladığı "Son vaxtlar teatrda da təhsilsizlik hiss olunur. Məşhur əsərlər səhnəyə qoymursuz" sözləri Xanlarovanı özündən çıxarıb.

"Deyəsən, dava edib, efirdən gedəcəm. Təhsilsizliyi qalanda... Moskvada, Türkiyədə oxuyum, əgər içimdə istedad yoxdursa, olmayacaq. Siz hər zaman kiməsə savadsız deyirsiz. İbrahim Tatlısəs not bilir? İmkan vermirsiz verilişə gələni danışmağa. Mənim isdedadım olmasa, istəyir Hollivudda oxutdur. Sənətkar oxumalıdır, amma qabında olmalıdır. Çalışıram sakit olum, amma alınmır" deyərək, aktrisa efiri tərk edib.

Qeyd edək ki, "Onda başladıq" həftədə beş gün "Space"də efirə gedir.



Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2540 Tarix: 03.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər