Millimizin sabiq baş məşqçisi həbs olundu - Pedofil faktına görə

Millimizin sabiq baş məşqçisi həbs olundu - Pedofil faktına görəCüdo millimizin sabiq baş məşqçisi Peter Zayzenbaxer həbs olunub.

BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Avstriya məhkəməsi Olimpiya çempionunun beş il müddətinə həbs olunmasına dair qərar verib.

Avstriyalı mütəxəssisin 90-cı illərin sonları-2000-ci illərin əvvəllərində məşqçilik etdiyi dönəmdə iki qıza qarşı cinsi zorakılıq etdiyi faktı sübuta yetirilib.

Həmin qızlardan birinin yaşı doqquz olub və bu zorakılıq bir neçə il müddətində davam edib. İkinci qızın isə zorlama faktı zamanı 13 yaşı olub. Üçüncü qız isə 16 yaşı olanda Xorvatiyada tətil düşərgəsində olduqları vaxt Zayzenbaxer tərəfindən zorlanmağa cəhd edildiyini deyib.

Hakim Kristof Bauer bu üç nəfərin "olduqca etibarlı" danışdığını bildirib:

"Biz bu üç nəfərin yalan danışdıqlarını, səhv etdiklərini və ya bir-birinə zidd olan fikirlər söylədiklərini müəyyənləşdirmədik".

Onun barəsində 10 illik həbs qərarı gözlənilirdi. Bu üzdən tərəflərin apellyasiya müraciəti edəcəyi gözlənilir.

Vyana Prokurorluğu 2016-cı ilin dekabrında məhkəməyə gəlmədiyi üçün 59 yaşlı Zayzenbaxerin həbs olunmasına dair beynəlxalq qərar çıxarıb. O, İnterpoldan yeddi ay qaçıb. Qazaxıstan, ABŞ və BƏƏ-də axtarışda olsa, 2017-ci ilin avqustun 2-də Ukraynanın paytaxtı Kiyevdə tutulub və sentyabrın 12-də Avstriyaya təhvil verilib.

Qeyd edək ki, 1984-cü il Los-Anceles və 1988-ci il Seul Olimpiadasının qalibi olmuş Peter Zayzenbaxer iki dəfə Azərbaycanın kişi cüdo millisinin baş məşqçisi qismində işləyib. İkinci dəfə 2015-ci ilin sentyabrında millimizə baş məşqçi təyin olunmuş Zayzenbaxer işinin məhkəmədə olunduğu bilindikdən sonra 2017-ci ildə onunla müqaviləyə xitam verilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1334   Tarix: 03 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Real Madrid"in ulduzu oyuna çıxmayacaq - SƏBƏB

"Real Madrid"in cinah oyunçusu Vinisius Junior bu həftəsonu La Liqa matçlarında baş verən irqçi təhqir hallarına etiraz edib. "Mən bu həftəsonu oynamayacağam. Təkcə şənbə günü İspaniyada üç açıq irqçilik hadisəsi baş verib. İrqçilər tapılmalıdır. Onlar tribunada olarkən matçlar davam ed

31.03.2024 437
.

2030-Dünya Çempionatının finalı üçün ən böyük stadion tikilir

Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər. xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyin

12.04.2024 873
.

Kaxaber Tsxadadze: "Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəyəm"

"Deyiləcək çox şey yoxdur. Oyunçular xarakter göstərməli idilər, amma göstərmədilər. Sonradan meydana daxil olanlar oyunu gücləndirə bilmədi. İkinci qol kuryoz oldu. Bir oyunçu 4 nəfəri aldadıb keçir. Gənc oyunçu Şahin Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona uğurlar arzulayıram"

14.04.2024 218
.

Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

Fransa Liqa 1-də çıxış edən "Tuluza" kollektivi Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir. "Report" "lequotidiendusport.fr" saytına istinadən xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəl

24.04.2024 271
.

"Formula 1": Ferstappen Çin Qran-prisinin sıralama turunda birinci olub

"Formula 1" üzrə Çin Qran-prisində sıralama turu başa çatıb. "Report"un məlumatına görə, "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen birinci olub. Onun komanda yoldaşı Serxio Peres ikinci, "Aston Martin"dən Fernando Alonso üçüncü pillədə qərarlaşıb. Qeyd edə

20.04.2024 209
.

"Qarabağ"ın transfer etmək istədiyi qapıçının adı bəlli oldu

"Qarabağ" heyətinə yeni qapıçı qatmağı planlaşdırır. İdman.biz xəbər verir ki, Azərbaycan çempionunun transfer etmək istədiyi qolkiperin adı da məlum olub. Qurban Qurbanov xorvatiyalı İvan Nevistiçin xidmətində maraqlıdır. Azərbaycan milisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi Zaqre

07.04.2024 426
.

Mourinyo: "65 yaşıma qədər işləmək istəyirəm"

"Çelsi", "Portu", "Real Madrid", "İnter", "Roma" kimi klubları çalışdırmış Joze Mourinyo yeni açıqlama ilə diqqət mərkəzinə gəlib. 61 yaşlı mütəxəssis məşqçilik karyerasını bitirmək fikrində olmadığını vurğulayıb. "Mənim hazırda 61 yaşım var və 6

23.04.2024 257
.

"Bavariya"nın baş məşqçisi postuna əsas namizədin adı açıqlanıb

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman "Bavariya"dan Tomas Tuxelin gedişindən sonra komandaya rəhbərlik etmək üçün idman direktoru Maks Eberlin əsas favoritidir. Eberl 2024-cü ilin martında "Bavariya"ya gəlib. O, Almaniya Futbol Assosiasiyasında Rudi Föllerin roluna bənzə

13.04.2024 244
.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14.04.2024 225