
Amerika prezidenti Donald Tramp yenə də sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.
Sonxeber.az-ın məlumatına görə, Tramp Ağ Evdən çıxarkən həyat yoldaşını unudub.
Videoçarxdan da görünür ki, Tramp helikopterə doğru addımlayır, onun arxasınca isə Melaniya gəlir. Yolun yarısında Tramp dayanır və həyat yoldaşını gözləyir.
Sosial şəbəkə və mətbuatda Trampı arvadını unutduğu üçün qınayıblar.
Qeyd edək ki, belə bir hadisə mart ayında da baş vermişdi. Tramp nəinki Melaniyanı, eyni zamanda Çexiyanın baş nazirinin xanımını da unutmuşdu.