Azərbaycan gözəli uşağını Amerikada dünyaya gətirdi: Doğuş xərcləri 100 min dollara qədərdir - FOTO

Azərbaycan gözəli uşağını Amerikada dünyaya gətirdi: Doğuş xərcləri 100 min dollara qədərdir - FOTO"Miss Azərbaycan 2014" titulunun sahibi Cavidan Qurbanova ikinci dəfə ana olub.
BAKU.WS xəbər verir ki, model ikinci oğlunu San-Fransisko şəhərinin klinikalarının birində dünyaya gətirib.

Cavidan Qurbanova şəxsi "Instagram" hesabında yeni doğulmuş körpəsiylə və həyat yoldaşı Orxan Məmmədovla çəkilmiş fotolarını paylaşıb.

Qeyd edək ki, Cavidan Qurbanova üç ildən artıqdır sevdiyi şəxslə ABŞ-da yaşayır. İlk övladı Azadı 2018-ci ilin avqustunda dünyaya gətirib.

Cavidan izləyicilərini ABŞ-da hamiləlik və doğuş mövzusunda məlumatlandırıb.

"San-Fransiskoda doğuş 15-100 min dollar arasında dəyişir. Qeysəriyyə əməliyyatı həmişə 5 min dollar bahadır. Hər şey hospitaldan və doğuş prosesinin şərtlərindən asılıdır. Bir sözlə, sığortasız doğmaq heç də məsləhətli deyil. Doğuşa 3 həftə qalmış öz həkimimə doğuş planımı apardım. Hansı şəraitdə doğmaq istəyirəm, palatada musiqi istəyirəmmi, doğuş zamanı kim iştirak edəcək, epudural anesteziya və qeysəriyyə və ya təbii doğuş istəyirəmmi, plasentanı xüsusi banka verməyə hazırammı, yoxsa özümdə saxlayacam, oğlum sünnət ediləcəkmi (sığorta bu proseduru qarşılamır, 1,5 il əvvəl ilk oğlum doğulanda 368 dollara idi, uşağa ana südü verəcəm yoxsa süni, doğuşdan sonra uşağın yuyundurulmasını istəyirəmmi, uşağa əmzik vermək istəyirəmmi və sairə. Həkim bütün bunları qeyd edir və surətini mənə verir.

Mən sancı başlanan gün klinikaya zəng vurub bu barədə xəbər verdim. Burada həkimlər doğuşa az müddət qalanadək evdə qalmağı məsləhət görürlər. Belə olan halda ana sancıları daha ağrısız keçirir. Mənim sancılarım 3 gün davam etdi. Bu müddət ərzində bir dəfə həkimə getdim, məni və bətnimdəki körpəni müayinə etdilər. Doğuş günü klinikaya gəldik və bütün sancıların yarısını isti su doldurulmuş vannada keçirdim, belə daha asan olur. Amma orada doğmağa icazə vermədilər. Bəli, mən özüm də istəmədim.

Tibbi personal çox mehribandır, doğuş prosesində məni çox dəstəkləyirdilər. Xəstəxanaya daxil olduqdan 12 gün sonra uşağım dünyaya gəldi, Orxan bütün doğuş ərəfəsində yanımdan ayrılmadı, oğlumuzun gözəyini özü kəsdi, uşağı doğuşdan sonra həmin an mənə əmizdirməyə verdilər, sonra neonatoloq gəldi və onu yoxladı. Körpəyə əgər sarı xətti keçərsə lifti blok edən və siqnalizasiyanı işə salan ötürücü taxdılar.

Xatırladaq ki, Cavidan Qurbanova "Miss Azərbaycan 2014" milli gözəllik müsabiqəsində iştirak edəndən sonra məşhurlaşıb. Daha sonra İspaniyada keçirilən "Queen Beauty Universe 2015" beynəlxalq müsabiqəsində Azərbaycanı təmsil edib. Bunlarla yanaşı, Qurbanova şirkətlərin reklamlarına çəkilib, Bakıda keçirilən moda nümayişlərində podiuma çıxıb.

Azərbaycan gözəli uşağını Amerikada dünyaya gətirdi: Doğuş xərcləri 100 min dollara qədərdir - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5302   Tarix: 03 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"The Platform" filminin 2-ci hissəsi tezliklə yayımlanacaq

"The Platform" filminin 2-ci hissəsi tezliklə Netflixdə yayımlanacaq. xəbər verir ki, bu barədə xarici mətbuat bildirib. Qeyd edək ki, filmin birinci hissəsi böyük marağa səbəb olmuşdu

19.04.2024 146
.

Röya Ayxan ailə quracaq - Toya hazırlaşır - VİDEO

Xalq artisti Röya Ayxan açıqlaması ilə hər kəsi təəccübləndirib. xəbər verir ki, "PrimeTime Elvin Elxanla" yutub layihəsinə danışan ifaçı ailə quracağını bildirib. Röyanın toyu yay aylarında baş tutacaq:. "Ərə gedirəm. Bu yay aylarına təsədüf edəcək. Özüm də demişəm ki, edəcəksən təklifi

18.04.2024 8899
.

Xəyalə Manaflı həyat yoldaşı üçün mahnı oxudu - Video

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Xəyalə Manaflının toyu olub. Axşam.az xəbər verir ki, Nurlan adlı bəylə ailə quran sənətçinin özəl günündən görüntülər sosial şəbəkədə paylaşılıb. Gecədə diqqətçəkən məqamlardan biri də X.Manaflının həyat yoldaşı üçün mahnı oxuması olub. Qeyd edək ki, müğənni həya

18.04.2024 972
.

Bu il xalları Aysel açıqlayacaq

İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya 2024" mahnı müsabiqəsində Azərbaycandan olan səsvermənin nəticəsini təqdim edəcək şəxsin adı açıqlanıb. Axşam.az xəbər verir ki, xalları Aysel Adıgözəlzadə (Teymurzadə) səsləndirəcək. Bildirilib ki, mayın 11-də İTV-nin efirində tamaşaçılar Aysel

17.04.2024 832
.

Fahriye Evcen və Burak Özçivit oğlunun ad gününü qeyd edib- FOTOLAR

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit ilk oğulları Karanın 5 yaşını qeyd ediblər. xəbər verir ki, bu barədə cütlük sosial şəbəkədə paylaşım edib. "Karanım 5 yaşında. Neçə belə yaşlara" ,- deyə Burak Özçivit əlavə edib. Qeyd edək ki, cütlüyün 2 övladı var

15.04.2024 1467
.

Vüsalə ana olacaq

Aparıcı Vüsalə Tağıyeva ana olacaq. OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. Vüsalə hamiləlik fotosunu paylaşaraq xəbəri izləyiciləri ilə bölüşüb

18.04.2024 7187
.

"Elnarə, səsin üçün ölərəm" - VİDEO

Türkiyəli pop ulduz Sərdar Ortaç yenidən Elnarə Abdullayeva ilə bağlı paylaşım edib. O, xanəndənin ifasını paylaşaraq ona təriflər yağdırıb. Gecə saatlarında muğamımıza qulaq asan sənətçinin dərin kədər içində olduğu nəzərdən qaçmayıb.( )

14.04.2024 1146
.

Serenay Sarıkaya Nyu-Yorkda - FOTOLAR

Türkiyəli aktrisa Serenay Sarıkaya Nyu-Yorka səyahət edib. xəbər verir ki, aktrisa səyahətdən görüntüləri sosial şəbəkədə paylaşıb. Görüntülərə minlərlə bəyənmə və şərh gəlib

19.04.2024 246
.

Bu gün Mələkxanım Eyubovanın qızının nikahıdır - FOTOlar

Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrin ailə qurur. BİG.AZ -a istinadən xəbər verir ki, bu gün Nəzrinin müğənni Mərdan Kazımovla nikahıdır. Məclis şəhərdə, açıq məkanda təşkil olunub. Qeyd edək ki, toy aprelin 22-də şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Nəzri

14.04.2024 1249