Zəhərlənən 5 tələbədən XƏBƏR VAR

Zəhərlənən 5 tələbədən XƏBƏR VAR

Qazaxda zəhərlənən tələbələr xəstəxanadan evə yola salınıblar.

BiG.AZ xəbər verir ki, bu barədə Trend-ə Qazax Müalicə Diaqnostika Mərkəzindən bildiriblər. Qeyd olunub ki, xəstəxanaya çatdırılan tələbələrin vəziyyəti elə də ciddi olmayıb. Həkimlərin ilkin tibbi yardımından sonra onlar ambulator müalicəyə yola salınıblar.

Qeyd edək ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecininin 5 tələbəsi 19 yaşlı Əfsanə Səfərəli, Güləndam Həsənova, Xavər Məmmədova, Arzu Əlizadə, Mahizər Süleymanova zəhərlənmə diaqnozu ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Onların tüstüdən zəhərləndiyi ehtimal olunur.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 522 Tarix: 03.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər