
Aşıq Mübariz Camaloğlu xəstəxanaya yerləşdirilib.
BiG.AZ xəbər verir ki, sənətçi artıq bir neçə gündür həkim nəzarətindədir. Onu xəstəxanada sənət adamları ziyarət ediblər.
Mübariz bildirib ki, əsəbdən, stressdən halı pisləşib. "İynələr vurulur, bir neçə gündür müalicə olunuram. Artıq yaxşıyam" deyə, o, söyləyib.
Əməkdar artist Babək Niftəliyev, müğənnilər Manaf Ağayev, Talıb Tale aşığı xəstəxanada ziyarət ediblər.

axsam.az