Güclü külək Bakıda bir sıra fəsadlar törətdi

Güclü külək Bakıda bir sıra fəsadlar törətdi

Dekabrın 2-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin müxtəlif rayonlarında güclü külək nəticəsində bir sıra fəsadların baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, Yasamal rayonunda bir neçə dam örtüyünün qoparaq asılı vəziyyətdə qalması, Səbail rayonu hündürmərtəbəli binanın eyvan şüşəsinin qırılaraq asılı vəziyyətə qalması və s. təhlükəli vəziyyətlərin aradan qaldırılması üçün ərazilərə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Təhlükəli vəziyyətlər aradan qaldırılıb.

Qeyd olunan məlumatlar aidiyyəti üzrə istiqamətləndirilib.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 374 Tarix: 03.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər