"Uşaq dedi ki, "peraşki" qurtardı deyə boşandınız?"

"Uşaq dedi ki, "peraşki" qurtardı deyə boşandınız?"

Xalq artisti Röya Ayxan İTV-də yayımlanan “3D” proqramında maraqlı açıqlamalar verib.

BiG.AZ xəbər verir ki, veriliş boyunca bir çox məqamlara toxunan sənətçi, oğlu Hüseynin məktəbdə gördüyü münasibət haqda da danışıb.

"İstəmirəm ki, məktəbdə oğluma anası müğənnidir deyə müraciət olunsun. Bir dəfə 5-6 yaşlı uşaq mənə yaxınlaşıb dedi ki, "Röya xala, "peraşki" qurtardı deyə boşandınız?". Deməli, evdə mənim haqqımda danışıblar ki, uşaq da gəlib məktəbdə təkrarlayır. Yəni, bu 5 yaşında uşağın dərk edəcəyi yumor deyil" deyə, Röya bildirib.
Qeyd edək ki, xalq artistinin keçmiş əri Anar Cəlilovun atası Çingiz Cəlilov "Çudo Peçka " mağazalar şəbəkəsinin sahibi idi. "Çudo Peçka" MMC əsasən un məmulatlarının istehsalı və satışı ilə məşğul olub.



Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1492 Tarix: 03.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər