BDU-nun yataqxanasında daha iki tələbə qızın vəziyyəti PİSLƏŞDİ - Xəstəxanaya aparıldılar

BDU-nun yataqxanasında daha iki tələbə qızın vəziyyəti PİSLƏŞDİ - Xəstəxanaya aparıldılar

Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında iki tələbənin vəziyyəti pisləşib.

BiG.AZ apa-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, bu barədə məlumat təcili yardıma saat 08.15 də daxil olub.

Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (Mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Kliniki Tibbi Mərkəzə çatdırıb.

Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi qənaətbəxşdir.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2989 Tarix: 03.12.2019
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər