Düşmən bölmələrimizi ATƏŞƏ TUTDU

Düşmən bölmələrimizi ATƏŞƏ TUTDU

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli Yusifcanlı, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 149 Tarix: 03.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər