Türk dünyasının mədəniyyət paytaxtı bəlli oldu

Türk dünyasının mədəniyyət paytaxtı bəlli oldu

2020-ci il Türk dünyasının mədəniyyət paytaxtı Özbəkistanın Xivə şəhəri seçilib.

Qırğızıstan Mədəniyyət, İnformasiya və Turizm Nazirliyindən verilən məlumata görə, bu barədə TURKSOY-a üzv dövlətlərin 37-ci iclasında bildirilib.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, qərar Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Türmənistan nümayəndələri tərəfindən yekdilliklə qəbul olunub.

Hazırda Oş şəhəri (Qırğızıstan) mədəniyyət paytaxtı statusuna sahibdir. Türk dünyasının ilk mədəniyyət paytaxtı isə 2012-ci ildə Astana olub.

Bundan başqa, bu titula Azərbaycanın Şəki, Türkiyənin Kastamonu, Qazaxıstanın Türküstan, Türkmənistanın Marı və RF-da yerləşən Tatarıstanın Kazan şəhəri layiq görülüblər.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 494 Tarix: 02.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər