Pərvizlə Türkan barışıb efirə çıxdı - Video

Pərvizlə Türkan barışıb efirə çıxdı - Video

25 gün əvvəl ayrıldıqlarını açıqlayan duet ortaqları meyxanaçı Pərviz Bülbülə və müğənni Türkan Vəlizadə barışıb.

Axşam.az xəbər verir ki, onlar birlikdə “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” proqramına çıxıb.

Pərviz barışığa belə münasibət bildirib:

“Elə çox darıxırdım. Türkan çörək tapacaq. Mən onun xətrinə dəyməmişəm. Oldu keçdi. İstəmirəm çox sıxılsın. Onun atası-anası məni çox istəyir. Əsas bu, şou deyildi. Türkanla diqqətsizliyə görə aramız dəymişdi. Diqqətli olmağa görə də barışmışıq”.

T.Vəlizadə isə “O qədər göz öyrəşib ki... Bir yerdə daha maraqlı alınır, daha gözəl alınır” deyə, söyləyib.



Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1260 Tarix: 02.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər