"Brilliant kimi erməniyə "super" yaza bilmərəm" - Röya

"Brilliant kimi erməniyə "super" yaza bilmərəm" - Röya

Xalq artisti Röya Ayxan qonaq olduğu "3D" proqramında açıqlamaları ilə gündəmə gəlib.
Axşam.az xəbər verir ki, müğənni aparıcı Dadaş Dadaşlinskinin "Brilliant Dadaşova erməni ifaçının altına "super" yazmışdı. Dedi ki, görsəm, erməni yaxşı ifa edir, yenə yazacam. Çünki mahnının milliyəti olmur" sözlərinə qalmaqallı reaksiya verib:

"Onda niyə şərhi sonra pozdu? Deməli, öz etdiyinə inanmaq istəmədi. Nə qədər desək də, musiqinin milliyəti yoxdur... Danışmadığım müğənninin mahnısını zümzümə edərəm. Amma millətimi incidənə "super" yazmaram.

Çünki mən qarabağlıyam, nəslim yurdundan ayrı düşüb, hamısının əziyyətini çəkirəm. Hələ bu qədər əziyyət qabağında "super" yazacam? Heç vaxt, istəyir mahnımı gözəl oxusun. Brilliant xanımla bu barədə razı deyiləm, bundan sonra da olmaram. Fikrini deyib, sonra, pozub".




Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1213 Tarix: 03.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər