Hacı Əliyev: Atam olmasaydı, heç vaxt güləşçi olmazdım

Hacı Əliyev: Atam olmasaydı, heç vaxt güləşçi olmazdımDoqquz ildir ki, güləşdəyəm. Güləş dünyasına məni atam cəlb edib. O özü Naxçıvan səviyyəsində yaxşı idmançı olub. Uşaqlığımdan mənə deyirdi ki, sənin adlı-sanlı, titullu güləşçi olmağını istəyirəm. Atam nəticə qazanmağım üçün hər şeyi edib. Məni Bakıya göndərdilər və orda güclü rejimdə məşq keçməyə başladım. Atam olmasaydı, heç vaxt güləşçi olmazdım. Futbolçu olmağı arzulayırdım, oynamağı sevirdim. Ancaq şadam ki, güləşçi oldum. Mənim yeniyetmə və gənclərdə nəticələrim yoxdur. Nəticələr məndə yalnız böyüklər arasında çıxış etdikdən sonra gəldi.

Bunu Rusiya Güləş Federasiyasının saytının əməkdaşı Tiqran Avanyana müsahibəsində üçqat dünya çempionumuz Hacı Əliyev deyib.

Atasının onu güləşə gətirdiyini deyən idmançımız futbolu çox sevdiyini bildirib: "Futbolu çox sevirəm, tez-tez oynayıram. Güləş komandamızda çoxları pis futbol oynamır. Dostlarım arasında isə çoxlu peşəkar futbolçu var".

O, Dağıstandan olan çeçen idmançı, üçqat Olimpiya, altıqat dünya və beşqat Avropa çempionu Buvaysar Saytiyevə pərəstiş etdiyini qeyd edib: "Biz gözümü sərbəst güləş dünyasında açmışıq. Çünki bizdə Olimpiya çempionu Namiq Abdullayev kimi həmyerlimiz var. Ancaq uşaqlıqdan mən Buvaysar Saytiyevə pərəstiş edirəm. Buvaysar kimisi yoxdur, olmayıb və olmayacaq".

Hazırda Moskvada keçirilən ALROSA Kuboku adlı Qran Pridə iştirak edən Hacı ilk dəfə Rusiyanın paytaxtında olduğunu söyləyib:

"Moskvada ilk dəfəyəm. Bura çox xoşuma gəldi. Bəli, mənim yarışa startım tarixə düşəcək. İlk dəfə bu yarışda Olimpiya çempionunu məğlub etdim. Daim Mahaçqala və Kislovodskdajı toplanışlarda oluram. Moskvaya isə yolum heç düşməmişdi. İlk dəfə böyük turnirlərdə olmuram. Təşkilatçılıq orda axsayır. Moskva Qran-Prisində isə elə bil biz Olimpiada və ya dünya çempionatındayıq. Burda hər şey lazım olduğu kimidir. Ona görə də güləş gedir (gülür)".

O, yaxın planlarından da danışıb: "Əsas məsələ lisenziya turniridir. Bunadək artıq yarışda olmayacağam. Olimpiya lisenziyası qazanmaq üçün gücümə qənaət edəcəyəm. Ola bilsin ki, Tokio məndə sonuncu Olimpiada olacaq..."

Hacı Əliyev çıxış etdiyi 65 kq çəki dərəcəsində olan rəqabəti bu cür şərh edib: "Bizim çəkidə ən yüksək rəqabət var. Yalnız 65 kq-da güləşərək Vladimir Xinçeqaşviliyə qalib gələ bildim. Ona altı dəfə uduzmuşdum, amma son iki qarşılaşmada qalib gəlmişdim. Bütün çəkilərdə yaxşı güləşçilər var, amma bizdə daha çoxdur. Yaponiya, Kuba, Gürcüstan, Rusiyadan bu çəkidə güclü idmançılar var. Hamısını saymaq mümkün deyil! Ancaq birinci yer həmişə bir dənədir. Mən də Olimpiadada məhz onu tutmağa çalışacağam".

Qeyd edək ki, dünən yarımfinalda Vladimir Xinçeqaşviliyə 7:3 qalib gəlmiş Hacı Əliyev bu gün finalda son Avropa çempionatının bürünc medalçısı olmuş rusiyalı Naçın Kuularla qarşılaşacaq.(oxu)


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 892   Tarix: 30 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Millimizin keçmiş voleybolçusu toy etdi - FOTOLAR

Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Yakimçuk ailə həyatı qurub. -a istinadən xəbər verir ki, milliləşən legionerin toy mərasimi vətəni Ukraynada baş tutub. Xanım voleybolçu Dmitri Şatovla evlənib. Kiyevdə anadan olan Yelenanın toyu da paytaxtda gerçəkləşib. Cütlük şad gününü Kiyev vilayətind

24.08.2021 1745
.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093
.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111
.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5

22.08.2021 758
.

Taekvondoçularımız üç gümüş medal qazandılar

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi

27.08.2021 665
.

Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO

Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxaran qollara imza atıb. xəbər verir ki, Emreli "Slaviya" (Praqa) ilə qarşılaşmanın 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. Mahir Emreli iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikd

27.08.2021 1005
.

Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"

"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib

04.09.2021 1126