Tanınmış müğənnidən kişi həmkarlarına sərt mesaj: Onlar qorxularından həyat yoldaşlarını gizlədirlər

Tanınmış müğənnidən kişi həmkarlarına sərt mesaj: Onlar qorxularından həyat yoldaşlarını gizlədirlər"Kişi müğənnilərin, yəqin ki, hamıdan gizlətdiyi və ya qorxuduğu bəzi məqamlar var ki, bu səbəbdən həyat yoldaşları ilə birlikdə tədbirlərə qatılmırlar. Mənim isə belə bir qorxum yoxdur.

Oxu.Az xəbər verir ki, bu sözləri "Start" telekanalının aparıcısı, tanınmış müğənni Seyran Babayev bildirib.

İfaçı bəy həmkarlarının həyat yoldaşlarını mediadan uzaq tutmalarını bu cür qələmə verib:

"Bəzi sənət yoldaşlarımdan fərqli olaraq, bu mövzuda çox rahat, sərbəst və arxayınam. Müəyyən mərasimlər və ya tədbirlər var ki, oraya həyat yoldaşımla qatılıram. Dostlarımın, əzizlərimin dəvət etdiyi yerlərə xanımımla gedirəm".

Daha sonra Seyran ifaçılıq karyerasına "Stop" qoyduğunu söyləyib:

"İfaçılıq sənətini (mahnı, klip - red.) hələlik dayandırmışam. "Stop" deməyimin səbəbi isə qazancımın olmamasıdır. Aparıcı fəaliyyətimi davam etdirirəm. Öz üzərimdə çalışıram, maksimal dərəcədə bu istiqamətdə özümü inkişaf etdirmək istəyirəm. Bu sahədə öz bacarıq və biliklərimi ortalığa çıxarmaq istəyirəm. Gündən-günə dinləyicilərimin sayı daha da çoxalır. Bu isə məni çox sevindirir".

S.Babayev millət vəkili Qüdrət Həsənquliyevin Milli Məclisdə müzakirəyə çıxardığı "Müğənnilər 15 min manata toya gedirlər, 30 manat vergi ödəyirlər" mövzusunu belə şərh edib:

"Müəyyən tədbirlərdə istər aparıcı, istər "fəhlə" kimi getsəm də, mənim pulumu bank hesabıma köçürürlər və oradan üzərimə düşən vergini ödəyirəm. Mən vergi ödəyən məşhurlardanam (gülür).

Rəsmi olaraq 2017-ci ildən dövlətə vergi ödəyirəm. Əgər bir sənətçi öz sahəsindən pul qazanırsa, dövlətin qoyduğu qanuna görə vergisini ödəməlidir. Bundan gözəl nə ola bilər ki?!"

Seyran Babayev şou-biznesdə canlanmanın olduğunu bildirsə də, bir çox müğənnilərin repertuarında yer alan mahnıların onun zövqünə mənfi təsir göstərdiyini dilə gətirdi:

"Hazırda şou-biznesdə canlanma, müğənnilər arasında rəqabət var. Klip baxımından da müğənnilər bir-birinin ardınca keyfiyyətli işlər təqdim edirlər. Hətta vaxtı ilə dırnaqarası baxdığımız ifaçıların belə çəkdikləri kliplər baxımlı və gözoxşayandır. Amma bunu müğənnilərin ifa etdiyi mahnılara aid etmək olmaz.

Mahnıları dinləməmək şərti ilə keyfiyyət baxımından ekran işləri əladır. İfa etdikləri mahnıları bəyənmirəm, dinləmirəm və xoşum da gəlmir. Dinləyib zövqümü korlamaq istəmirəm. Bir neçə müğənnilər var ki, onların mahnılarının bir-iki notunu dinləyə bilərəm. Onların adlarını ağzıma almaq istəmirəm, "Youtube"dakı "Trend"i açıb, baxmaq kifayətdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 919   Tarix: 29 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlkin Həsəni xanımının gizli çəkdiyi videosunu paylaşdı

Aparıcı İlkin Həsəni bloger həyat yoldaşı Aysel Həsəni ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, həyat yoldaşının gizli videosunu çəkib. Görüntüləri instaqram hesabında paylaşan İlkin "Sevinir, instaqram profili bərpa olunub" sözlərini yazıb. Qeyd edək ki, Ayselin 342 minlik instaqra

14:43 602
.

"Avroviziya"dan sonra rus dilində danışır, verilişlərə gəlmirlər"

"Avroviziya"ya gedib gəlirlər efirə çıxmırlar. Onlara bunu xüsusi tapşırırlar ki, efirə çıxmayın? Ya da rus dilində danışırlar. Biri lap qabağa getdi. Hər yerdə rus dilində danışır, yazırdı. Bir gün konnservatoriyanın qabağında dayananda onu gördüm. İstiqanlı gəncdir, yaxınlaşdı orada uşaqlar

17.04.2024 614
.

İbrahim Tatlıses oğlunu mirasdan rədd edəcək

İbrahim Tatlıses oğlu Ahmet Tatlısesi mirasdan rədd edəcək. xəbər verir ki, bu barədə müğənni özü bildirib. "Mənə "əqli problemi var" deyə şər atdı. Sağlam olduğumu sübut etmək üçün 5 xəstəxanada müayinədən keçdim. Hamısı əqli problemimin olmadlğını dedi. Onu mirasdan rədd edəcəm"

17.04.2024 727
.

Bu il xalları Aysel açıqlayacaq

İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya 2024" mahnı müsabiqəsində Azərbaycandan olan səsvermənin nəticəsini təqdim edəcək şəxsin adı açıqlanıb. Axşam.az xəbər verir ki, xalları Aysel Adıgözəlzadə (Teymurzadə) səsləndirəcək. Bildirilib ki, mayın 11-də İTV-nin efirində tamaşaçılar Aysel

17.04.2024 761
.

İranın hücumundan sonra İsraildən qaçdığı deyilən Qalkin danışdı

İranın İsrailə hücumunun ardından Rusiyanın Xalq artisti Alla Puqaçova və həyat yoldaşı, şoumen Maksim Qalkinin övladları ilə birgə ölkəni tərk etdiyi iddia olunub. Axşam.az xəbər verir ki, şoumen şayiələrin fonunda sosial media hesabılnda paylaşım edərək bunu şayiə adlandırıb. O, hazırda İsraildə olduğun

14.04.2024 436
.

Bu da Tünzalə Ağayevanın qızı Fidan - FOTOLAR

Xalq artisti Tünzalə Ağayeva qızı Fidanla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni qızı ilə yeni fotolarını izləyiciləri ilə bölüşüb. O, şəkillərə "Mənə görə dünya səndən ibarətdir, qızım" qısa şərhini yazıb

14.04.2024 9038
.

Fahriye Evcen və Burak Özçivit oğlunun ad gününü qeyd edib- FOTOLAR

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit ilk oğulları Karanın 5 yaşını qeyd ediblər. xəbər verir ki, bu barədə cütlük sosial şəbəkədə paylaşım edib. "Karanım 5 yaşında. Neçə belə yaşlara" ,- deyə Burak Özçivit əlavə edib. Qeyd edək ki, cütlüyün 2 övladı var

15.04.2024 862
.

"Xəstə qardaşımın ailəsinə baxıram" - Mətanət İsgəndərli

"Qardaşım uzun illərdir ki, dializ xəstəsidir. Onun ailəsini də mən dolandırıram. Əgər bu gün mən evimdə yemək yeyirəmsə, ürəyim partlayar, bilsəm ki, qardaşım və ya bacım ac oturub". -ın xəbərinə görə, bu fikirləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu teleproqramlardan birində səsləndirib

16.04.2024 723
.

"Məni burada sayan yoxdur" - Elməddindən etiraz

Aktyor Elməddin Cəfərov "Demədi demə" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, aktyor "O dövrün aktyorları Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov və indiki, Cəfərov, Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev. Müqayisə edəndə çoxu deyir ki, heyif köhnə aktyorlardan. Özünüzü onlarl

14.04.2024 957