Övladına nə soyadını verir, nə də aliment ödəyir - VİDEO

Övladına nə soyadını verir, nə də aliment ödəyir - VİDEOBu xəbərimiz zaqataladandır. Deməli, rayonda ailə quran cütlük qısa müddət sonra ailədaxili münaqişə səbəbindən ayrılıb. Onların bu nikahdan bir övladları dünyaya gəlib. Ana iddia edir ki, uşağın atası öz soyadını uşağa verməkdən imtina edir və bu səbəbdən də aliment ödənişlərini tələb etmək mümkün olmur. Ata isə yalnız dnk analizindən sonra atalıq öhdəliyini tam yerinə yetirəcək. Bəs hüquqşünaslar nə deyir? Problemin hüquqi həlli necədir?

Cütlük boşanıb, ata birgə nikahdan doğulan körpəyə soyadını vermir, nəticədə ana qarşı tərəfdən aliment tələb edə bilmir.

Belə bir hadisə Zaqatala rayonunda yaşanıb. Rayonun Əliabad qəsəbə sakini Meri Musayeva 2017-ci ildə ailə həyatı qurub. Toydan 3 ay sonra yoldaşı ilə aralarında yaranan bir problemə görə ayrılıblar. Ayrılan zaman hamilə olan qadın övladını atası evində dünyaya gətirib. Elə bütün problem də bundan sonra başlayıb.

Qadının iddiasına görə, bu müddət ərzində keçmiş həyat yoldaşından övladı üçün dəfələrlə kömək istəsə də, bu istəkləri boşa çıxıb. Hələ bu azmış kimi, ata övladına öz soyadını verməkdən də imtina edib. Bu da ananın qarşı tərəfdən aliment tələb etməsinə mane olur.

Hüquqşünasların sözlərinə görə, belə hallarda qadın məhkəməyə müraciət edib uşağın atalıq məsələsini qaldıra bilər. Bu zaman ekspertizaya müraciət edilir və bu məsələ hüqüq müstəvisində həll olunur.

Xəyal Bəşirovun sözlərinə görə, hazırkı vəziyyətdə, yəni atası uşağa soyadını vermədiyinə görə ana ondan aliment tələb edə bilmir. Məhkəmə yolu ilə atalıq statusu təsdiqini taparsa, bundan sonra ana məhkəməyə yenidən müraciət edib əvvəlki illərin də pulunu aliment kimi atadan ala bilər.

Məsələ ilə bağlı uşağın atası olduğu iddia edilən Hikmət Mahmudov ilə də əlaqə saxladıq. Onun sözlərinə görə, hazırda işi ilə bağlı Rusiyadadır. Rayona qayıtdıqdan sonra özü məhkəməyə müraciət edib, DNK analizi elətdirəcək. Əgər uşağın atası olması təsdiqini tapsa, uşağı ilə bağlı bütün öhdəlikləri yerinə yetirəcək.(xezerxeber)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1732   Tarix: 24 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22.04.2024 304
.

İsrailin Rafah-a hücumları nəticəsində azı 8 fələstinli öldü

İsrail ordusunun Qəzza zolağının cənubundakı Rafah şəhərində müxtəlif nöqtələrə hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 fələstinlinin öldürülüb. Bu barədə Səhiyyə mənbələri məlumat yayıb. Məlumata görə, beynəlxalq ictimaiyyətin bütün xəbərdarlıqlarına baxmayaraq, İsrail ordusu Rafahı

22.04.2024 243
.

Bu insanlara tatu olmaz – Həkimdən XƏBƏRDARLIQ

Tatu bəzi insanlar üçün qəti şəkildə zərərlidir. xəbər verir ki, bu barədə dermatoloq-kosmetoloq Svetlana Jaboeva müsahibəsi zamanı deyib. Həkimin sözlərinə görə, tarixdə dəri xərçəngi, melanoma, skuamöz hüceyrəli və ya bazal hüceyrəli karsinoma olan insanlar döymələrdən çəkinməlidirlər. Ailəsində melanom

22.04.2024 646
.

Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər. BİG.AZ xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

22.04.2024 298
.

Şahdağa sulu qar yağıb

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb. Şahdağda isə sulu qar yağıb. Düşən yağıntının miqdarı Zaqatalada 19 mm, Balakəndə 14 mm, Şəkidə 8 mm, Qrızd

10:10 207
.

Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

"Çinin BYD şirkəti Azərbaycanın avtobus parkına töhfə verəcək. Bu il Çindən ölkəmizə gətirilən elektriklə işləyən 160 avtobus xəttə buraxılacaq". AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev "Kəmər və Yol"

22.04.2024 760
.

İran prezidenti Rəisi Pakistana rəsmi səfərə gedib

İran prezidenti İbrahim Rəisi Pakistanın paytaxtı İslamabada gəlib. xəbər verir ki, Rəisi Pakistanın Baş naziri Şahbaz Şərif və prezident Asif Əli Zərdari ilə görüşəcək. İran prezidenti həmçinin Pakistanın mədəni və iqtisadi mərkəzi sayılan Lahor və Kəraçi şəhərlərinə də səfər etməyi planlaşdırır. Onu

22.04.2024 249
.

"Azərbaycanın turizm potensialı Qafqazda ön sırada dayanır" - Turizm eksperti

"Bu gün Azərbaycanın turizm potensialı Qafqazda ön sırada dayanır. Təbii ki, bu, Azərbaycanın günü-gündən beynəlxalq səviyyədə artan nüfuzu, ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasət və Azərbaycanda ictimai asayişin yüksək səviyyədə olması əsas verir ki, Azərbaycan Qafqazda birinci olsun"

22.04.2024 312
.

İsrail 200 gün ərzində Qəzzada 34 183 nəfəri öldürdü

İsrail ordusunun 200 gündür Qəzzaya hücumları davam edir. xəbər verir ki, Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 32 nəfər artaraq 34 min 183 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində daha 5

16:25 109