Azərbaycanda yüksək vəzifəli iki şəxs İŞDƏN ÇIXARILDI

Azərbaycanda yüksək vəzifəli iki şəxs İŞDƏN ÇIXARILDI

Suraxanı Rayon İcra Hakimiyyətinin iki əməkdaşı işdən çıxarılıb.

BiG.AZ "Report"a istinadən xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısının köməkçisi Təyublu Mirteyub Xaqani oğlu vəzifəsindən azad edilib.

Eyni zamanda, İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məmmədov Rəşid Müslüm oğlu isə yaş həddinə görə işdən çıxarılıb.

Hələ ki onların yerinə heç bir təyinat olmayıb.

Faktı Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir Barxudar Barxudarov təsdiqləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Əziz Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ə.Əzizov bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyətinin başçısı olub.

Xatırladaq ki, son günlər mətbuat Ə.Əzizovun RİH-də qalmaqallı kadr dəyişikliyi etməsi ilə bağlı xəbərlər dərc edib.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2059 Tarix: 22.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər