Şirniyyat sexində iyrənc mənzərə - FOTO

Şirniyyat sexində iyrənc mənzərə - FOTOSabunçu rayonunda yararsız şirniyyat istehsal edən sex aşkar edilib.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Şəfəq küçəsi 8 ünvanında fəaliyyət göstərən "Balu" şirniyyat sexinə reyd keçirib.

Müəyyən olunub ki, fiziki şəxs Nağıyev Seymur Həsən oğluna məxsus şirniyyat sexi unlu qənnadı məmumalatlarının istehsalı ilə məşğul olur. İstehsal üçün yararsız, köhnə tikilidə fəaliyyət göstərən sexdə "Balu" adı altında müxtəlif növ şirniyyatlar hazırlanır.

Reyd zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin istehsal üçün həddən artıq yararsız olduğu, sanitar norma və qaydaların kobud şəkildə pozulduğu aşkarlanıb.

Məlum olub ki, müəssisədə istifadə edilən un kisələri çirkli, birbaşa yerdən və divara bitişik vəziyyətdə saxlanılmaqla, un ələk və maqnit tutuculardan keçirilmədən, çirkli xəmir qarışdıran qazanlarda yoğrularaq, şirniyyatlar sanitar-gigiyenik vəziyyəti qeyri-qənaətbəxş olan sobada bişirilir.

Reyd zamanı xammalın qəbulu, saxlanılması, məhsulun istehsalı, xəmirqarışdıran qazan və digər avadanlıqların yuyulması, hazır şirniyyat məhsullarının saxlanılması eyni sahədə, sanitariya norma və qaydalara cavab verməyən şəraitdə həyata keçirildiyi aşkarlanıb.

Yoxlama zamanı sexdə istehsal edilən məhsullardan nümunələr götürülərək müayinə edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyasına göndərilib. Həmin məhsulların satışı qadağan edilib.

Şirniyyat sexində iyrənc mənzərə - FOTOŞirniyyat sexində iyrənc mənzərə - FOTOŞirniyyat sexində iyrənc mənzərə - FOTOŞirniyyat sexində iyrənc mənzərə - FOTOŞirniyyat sexində iyrənc mənzərə - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 928   Tarix: 22 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988