Bakıda tələbə qızların zəhərlənmə SƏBƏBİ BİLİNDİ

Bakıda tələbə qızların zəhərlənmə SƏBƏBİ BİLİNDİ

Xəbər verdiyimiz kimi saat 12:35-da Təcili Tibbi Yardıma Bakı Dövlət Universitetinin yataqxanasında yaşayan tələbələrin zəhərlənməsi ilə bağlı müraciət daxil olub.

BiG.AZ sonxeber.az-a istinadən xəbər verir ki, huşsuz vəziyyətdə üç tələbə qız aşkarlanıb. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Tələbələrdən birinin öldüyü, digərlərinin xəstəxanaya yerləşdirildiyi bilinir.

Hadisə ilə bağlı fakt təsdiqlənib. Bildirilir ki, xəstələrin müayinəsi davam edir.

Tələbə qızların zəhərlənməsi ilə bağlı əldə edilən son məlumatlarda qızların balıq konservindən zəhərləndiyi deyilir. Bu barədə qızlardan birinin əmisi məlumat verib.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1880 Tarix: 21.11.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər