Evində ilan saxlayan Mirhəsən: "Hər kəs bacara bilməz" - VİDEO

Evində ilan saxlayan Mirhəsən: "Hər kəs bacara bilməz" - VİDEOAğdam rayon Əhmədavar kənd sakini Mirhəsən Abıyev 50 ildir ilanlarla dostluq edir. Uşaq yaşlarından ilan saxlamağa marağı olan Mirhəsən Abıyev uzun illər keçməsinə baxmayaraq, bu gün də evində ən zəhərli ilan hesab edilən gürzə saxlayır.

BiG.AZ xəbər verir ki,Mirhəsən Abıyev AZƏRTAC-ə müsahibəsində ilanlara marağın uşaq vaxtlarından yarandığını bildirib:

"Həmyaşıdlarım ev heyvanları bəsləyəndə mən günlərimi ilanlarla oynamaqla keçirirdim. İlanları tutub evə gətirirdim.

İnsanların ilanlardan qorxmasını anlamırdım. Gürzə ilanını 1969-cu ildən saxlamağa başlamışam. Bir dəfə pişik yaxınlaşıb ilana pəncə atdı.

Gürzə pişiyi sancıb öldürdü. Ondan sonra anladım ki, insanlar ilandan niyə qorxur. Ancaq onu da başa düşdüm ki, ilana toxunmasan heç kimə zərər vurmaz. O, özünü qorumaq zərurəti yarananda sancır".

Doğma kəndləri işğal olunandan sonra Mirhəsən Abıyev məcburi köçkün kimi bir müddət Cəlilabad rayonunda məskunlaşıb.

2005-ci ildən isə Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayır.

Onun ilanlara olan marağı təbiətə sevgidən irəli gəlir.

"İlanlar təhlükəli olduğu kimi, həm də çox xeyirli canlıdır. Digər canlılar kimi, ilanların da təbiət üçün öz əhəmiyyəti var. Odur ki, onları qorumaq lazımdır.

Təəssüf ki, insanlar ilanlara qarşı pis münasibət bəsləyirlər. İlanlarla rastlaşan hər kəs qeyri-ixtiyari qorxu hissi keçirir. Təhlükəli olub-olmadığını bilmədən onları öldürülər. Bu isə məlumatsızlıqdan irəli gəlir".

Müsahibim deyir ki, insanlar arasında ilanlarla bağlı doğru olmayan fikirlər var. Məsələn, xalq arasında belə fikir var ki, qızıl ilan yeddi qardaş olur. Birini öldürdükdə digər qardaşlar hökmən onun qisasını alır.

Əslində isə belə bir şey yoxdur. Əslində, qızıl ilan qorxaq olduğundan çox cəld hərəkət edib uzaqlaşmağa çalışır.

Bu ilanlar həm də zəhərsiz olur. Sancmalarının insan üçün heç bir təhlükəsi yoxdur.

Mirhəsən Abıyev ilanların xüsusiyyətləri barədə danışarkən deyib:

"Azərbaycanda 30-a yaxın ilan növü var. Onlar zəhərli, yarımzəhərli və zəhərsiz növlərə ayrılır. İlan növlərinin çoxu - təlxələr, suilanları insan həyatı üçün heç bir təhlükəsi olmayan zəhərsiz ilanlardır.

Zəhərli ilanların başı üçkünc, boyun hissəsi nazik olur. Baş hissəsi xırda pulcuqlarla örtülüdür. Ölkəmizdə zəhərli ilanlardan daha çox yayılanı gürzədir.

Gürzələrin zəhəri çox güclüdür. Burnundakı pərdə ilə istiliyi müəyyən edir. Dil ilanların əsas duyğu orqanıdır. İlan dili ilə ətraf mühiti hiss edir. Bu canlılar səs eşitmir, görməsi də zəifdir. İlanlarda mimika yoxdur. Onların nə düşündüyünü gərək hiss edə biləsən".

Hazırda Mirhəsən Abıyev evində iki gürzə saxlayır. "Onlardan biri ilə 15 ildir dostluq edirəm. Digər ilanı isə bu yaxınlarda gətirmişəm.

Hələ onunla az məşğul olmuşam. Çox qəzəblidir. İlanlar müxtəlif xüsusiyyətdə olur. Ona görə, ilk növbədə, onların xüsusiyyətlərini öyrənməyə çalışıram.

Buynuzlu gürzə də saxlamışam. Elə olub ki, eyni vaxtda evimdə 50 ilan olub. Hansısa ərazidə insanlar üçün təhlükə yaratdıqda gedib ilanları yığıram.

Bir dəfə bir yerdən 120-yə yaxın ilan tutmuşdum. Həmin ilanları insan yaşamayan yerlərə buraxıram. Təkcə bu il insanların yaşadıqları ərazilərdən 86 ilan tutub uzaqlaşdırmışam".

Sonda "Başqalarının da ilanlarla sizin kimi belə yaxın ünsiyyətdə olmağını istərdinizmi" sulana Mirhəsən Abıyev belə cavab verib:

"Təbiətin bir parçası olan ilanları lazım gəldi-gəlmədi məhv etməsinlər, yetər. Çünki ilanlarla yaxın ünsiyyətdə olmağı hər həs bacara bilməz".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2948   Tarix: 21 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

UNEC-in müəllimi vəfat etdi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn kafedrasının baş müəllimi Lilipar Cəfərova vəfat edib. Bu barədə UNEC məlumat yayıb

15.04.2024 431
.

Gəncə sakini itkin düşdü

Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Həsənov Osman Vahid oğlu itkin düşüb. Bu barədə "Qafqazinfo"ya onun yaxınları məlumat verib. İlkin məlumata görə, adıçəkilən şəxs Beyləqan rayonundan Gəncəyə gedərkən Nizami Məqbərə Kompleksi yaxınlığında "Vito" markalı mikroavtobusdan düşü

09:58 0
.

Azərbaycanda universitet prorektoru kazinoda külli məbləğdə pul uduzub? - AÇIQLAMA + FOTO

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması və universitetə prorektor təyin olunması ilə bağlı məlumatlar var. Bakı Avrasiya Universitetinin rektorunun köməkçisi Şəfayət Avılbəyli -ın sorğusuna cavab olaraq bildirib ki

15.04.2024 716
.

"Kənara çəkilməyin, efirə çıxın" - Nazənin onlara səsləndi

Müğənni Nazənin Salayeva "Rəngarəng səhər" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, ifaçı efirdən sənətkarlara səslənib. O, sənətçilərin verilişlərə az çıxmalarından gileylənib. "Sənətkarlarımıza səslənirəm, meydanı vermisiniz. Aparıcılarda günah görmürəm. Sənətkarlarımız efir

15.04.2024 317
.

Mahsun Kırmızıgülün ölüm xəbəri yayıldı

Sosial şəbəkələrdə Türkiyəli tanınmış müğənni və aktyor Mahsun Kırmızıgülün ölüm xəbərləri yayılıb. -ın xarici mediaya istinadən xəbərinə görə, müğənni öz sosial şəbəkə hesabından bu xəbərlərə reaksiya bildirib. "Sırf bəyənmə xatirinə "öldü" xəbərlərini yaymaq ayıbdır. Yaşayıram və sağlığı

15.04.2024 758
.

Vəzifədə olan dayısının evindən 90 min oğurlayıb, qumarda uduzdu - FOTO

Sumqayıt şəhər "Qurd dərəsi" yaşayış massivində evdən külli miqdarda pul oğurlamış 1988-ci il təvəllüdlü Məhəbbət Məmmədovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə M.Məmmədov Cinayət Məcəlləsinin 177.3.2-ci (küll

15.04.2024 387
.

İraqın şimalında 12 terrorçu ZƏRƏRSİZLƏŞDİRİLDİ

İraqın şimalında Hakurk bölgəsində aşkarlanan 12 PKK terrorçusu hava əməliyyatı nəticəsində zərərsizləşdirilib. BİG.AZ xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Türkiyə terrorizmə qarşı mübarizə işlərin davam etdirir

15.04.2024 143
.

Qazaxıstanda YENİ QANUN: Arvadını döyərək öldürən keçmiş nazir ömürlük həbs ediləcək? - FOTO

Qazaxıstanın rəhbəri Kasım-Jomart Tokayev ölkədə məişət zorakılığı haqqında qanunun qəbulu haqqında fərman imzalayıb. Bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Tokayev məişət zorakılığını cinayət hesab edən sənədlər paketini imzalayıb. Sənədə əsasən, qadın və uşaqlar

15.04.2024 221
.

Yeni qayda - boşanmaq istəyənlər rüsum ödəməli olacaq

Məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşir. Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, qanuna yeni maddə əlavə olunur. Yeni maddəyə əsasən, b

15.04.2024 1100